Bakı Nəqliyyat Agentliyində AXC-nin 100 illiyi ilə bağlı tədbir keçirilib
Tarix: 23.05.2018 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Bakı Nəqliyyat Agentliyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli, millət vəkilləri Aydın Mirzəzadə və Əflatun Amaşov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı iştirak edib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin direktoru Nəcəf Quliyev bildirib ki, yaranmasının 100-cü ilini böyük sevinc və qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi hər zaman xalqımız tərəfindən böyük ehtiramla yad edilir. Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası möhkəm və sarsılmaz təməl üzərində hərtərəfli inkişaf dövrünü yaşayır. 20-ci əsrin sonlarında təkrar müstəqilliyini əldə edən Azərbaycan dövləti böyük uğurlara imza ataraq, dünya birliyində mühüm yer tutaraq etibarlı tərəfdaşa çevrilib və bir çox ölkələr üçün nümunədir.
Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixinin çox şərəfli səhifələrindən biri olmasını xatırladan Milli Məclisin üzvü Aydın Mirzəzadə isə dedi ki, cəmi 23 ay yaşasa da, bu müddət ərzində AXC çox böyük işlər görə bildi - regionda inkişaf edən bir dövlət modeli ortaya qoydu, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçün bir çox işlər gördü. Onun sözlərinə görə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın inkişaf modeli 23 ay yaşamış Xalq Cümhuriyyətinin ali arzularının həyata keçirilməsinə gözəl nümunədir. O dövrdə başlanılan, amma başa çatdırılmayan böyük işləri isə Azərbaycan 2-ci dəfə müstəqilliyini əldə etdikdən sonra həyata keçirmək mümkün oldu. İndi Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Regionda istənilən məsələ ilə bağlı Azərbaycanın mövqeyi nəzərə alınır. Ötən əsrdə əsası qoyulan dövlətçilik ənənələrinə sadiq çıxan müasir Azərbaycan dövləti bu il ərzində bir daha bu şərəfli yolun yolçusu olduğunu dünyaya nümayiş etdirəcək.
Milli məclisin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov da vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti bizim fəxr mənbəyimizdir. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini yüksək qiymətləndirən millət vəkili qeyd etdi ki, bu dövlətimizin tariximizə olan böyük diqqəti və qayğısıdır.
Səslənən fikirləri bölüşdüyünü qeyd edən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı diqqəti Cümhuriyyət dövründə mətbuatda azadlıq ideyalarının formalaşmasına yönəltdi. Bildirildi ki, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin böyük əksəriyyəti jurnalist olub. Demokratik yönümlü mətbuat orqanları xalqı narahat edən problemlərə həssas yanaşır, həllini gözləyən məsələlərə toxunur, azadlıq, istiqlalçılıq, türkçülük ideyalarını təbliğ edir və bir növ siyasi maariflənmə işi aparırdı.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Zaqatalada 171 nəfər könüllü qan verib
15.07.2019
Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətdədir
13.07.2019
Bu ilin 6 ayı ərzində Dövlət Məşğulluq Xidməti 54 minə yaxın şəxsi işlə təmin edib
13.07.2019
Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib
13.07.2019
“Kənddən şəhərə” satış mərkəzinin Əhmədli filialı istifadəyə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info