Festivallar festivalında Azərbaycan da təmsil olunacaq
Tarix: 23.05.2018 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Mayın 25-dən 28-dək Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya materikinin “LiFFt-2018” ədəbiyyat üzrə üçüncü festivallar festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 30-dan çox ölkədən nümayəndələrin qatılacağı bu nüfuzlu festivalın proqramında böyük ədəbiyyat forumu, müxtəlif müsabiqələr, “dəyirmi masa”lar, ustad dərsləri, seminarlar, sərgilər, kitab təqdimatları və kitab yarmarkaları yer alacaq. Həmçinin festival iştirakçıları üçün maraqlı mədəni proqramı, əyləncəli idman yarışları təşkil olunacaq.
Festivalın zəngin ekskursiya proqramı da var. İştirakçılar Soçinin məşhur çimərliyi, tarixi və müasir memarlıq inciləri, ədəbi məkanları ilə yanaşı, futbol üzrə dünya çempionatı oyunlarının keçiriləcəyi şəhər stadionuna getmək, habelə indiyədək futbol üzrə dünya və Avropa çempionatları, olimpiya oyunları finallarında oynanılan, üstündə çempionların avtoqrafları həkk olunmuş toplardan ibarət nadir Top muzeyini görmək şansı qazanacaqlar.
Bu il ilk dəfə Avrasiya festivallar festivalında Azərbaycanın və qardaş Türkiyənin də yazarları iştirak edəcəklər. Azərbaycan festivalda yazıçı Varislə, Türkiyə isə şair Serhat Kabaklı ilə təmsil olunacaq.
Festivalın laureatı qızıl, vitse-laureatlar gümüş medallar və qiymətli hədiyyələrlə təltif olunacaq, qırmızı xalça üzərindən keçəcəklər. Festivalın laureatı həm də əsərlərinin külliyyatının böyük tirajla dərci üçün nəşriyyat müqaviləsi əldə edəcək.
Bütün digər iştirakçılara fəxri diplomlar və sertifikatlar veriləcək.
Festivalın açılış və bağlanış mərasimləri tanınmış incəsənət ustalarının iştirakı ilə qeyd olunacaq, hər iki mərasimdən sonra iştirakçıların şərəfinə ziyafət veriləcək.
Festivalın işini Rusiyanın aparıcı mediası, eləcə də materikin bir neçə ölkəsindən gəlmiş jurnalistlər işıqlandıracaqlar.
Xatırladaq ki, əvvəlki iki “LiFFt” festivallar festivalının qalıbləri Konstantin Kedrov-Çelışev (Rusiya) və Oljas Süleymenov (Qazaxıstan) olub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması kimi tarixi missiyanı yerinə yetirib
16.06.2019
Bakıda xeyirxah və səmimi mühit var
16.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etdi
16.06.2019
Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasnı qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Müəllimlərin maaşı artdı - 20 faiz
2 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info