“Azərbaycan İtaliya üçün önəmli tərəfdaşdır”
Tarix: 23.05.2018 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


İtaliya Senatının sədri Maria Elisabetta Kasellati Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ilə görüşüb. Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata görə, Senatın sədrinə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ərəfəsində qəbul edildiyinə görə təşəkkürünü bildirən Məmməd Əhmədzadə bu Cümhuriyyətin müsəlman Şərqinə gətirdiyi yeniliklər və Azərbaycan tarixindəki rolu barədə məlumat verib. Diplomat Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi inkişaf yolundan, ölkəmizin əldə etdiyi nailiyyətlərdən, Azərbaycan-İtaliya strateji tərəfdaşlığından, iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqdan, parlamentlərarası əlaqələrdən, önəmli iqtisadi əməkdaşlıqdan, Cənub Qaz Dəhlizindən, habelə Heydər Əliyev Fondunun iki ölkə arasında mədəniyyət sahəsində münasibətlərin inkişafına verdiyi töhfələrdən danışıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini çatdıran İtaliya Senatının sədri Maria Elisabetta Kasellati Azərbaycanın zəngin tarixi-mədəni irsinə dərin rəğbət bəslədiyini deyib, ölkəmizin müstəqillik və inkişaf yolunda əldə etdiyi nailiyyətləri, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri, Şərq və Qərb arasında strateji körpü rolunu yüksək qiymətləndirib.
Azərbaycanı İtaliya üçün önəmli tərəfdaş adlandıran Senatın sədri iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı mübadilələrin davam etdirilməsinin və birgə tədbirlərin təşkilinin önəmli olduğunu bildirib.
Görüşdə, habelə regional təhlükəsizlik mövzuları, ölkəmizin multikulturalizm ənənələri və Azərbaycan-İtaliya əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info