«Paşinyanın çıxışını diplomatdan daha çox, kütlə arasından çıxmış səbatsız bir kəsin çıxışı ilə eyniləşdirmək olardı»
Tarix: 23.05.2018 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


232 mindən artıq vətəndaşı Rusiyada işləyən dövlətin başçısı verdiyi vədləri yerinə yetirə biləcəkmi?

Cənubi Qafqaz məsələləri üzrə tanınmış analitik Tomas de Vaal Ermənistanda baş vermiş son hadisələr və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunub. Siyasi analitikin fikirlərini bölüşən «1in.am» saytı, təbii ki, təhriflərsiz də keçinməyib. Bununla belə, yazıda deyilir ki, Ermənistanda Serj Sarkisyanı istefaya məcbur edib hakimiyyətə gələn Paşinyan erməni xalqına böyük vədlər verib. O, xalq qarşısında çıxışları zamanı hakimiyyətə gələcəyi təqdirdə ölkədəki korrupsiyaya qarşı , köhnə oliqarx sisteminə qarşı mübarizə aparacağına söz verdi.
«Təcrid olunmuş və tamamilə Rusiyadan asılı olan bir çox ölkə stereotipləri pozdu, dinamik və müasir görünməyə çalışdı". De Vaal bu fikirləri «carnegieeurope.eu» saytına yazıb. Onun fikrincə, əgər «Ermənistanın yeni hökuməti hər hansı bir səhvə yol verərsə, bütün vəd və ümidlər pozulmuş olacaq».
Xatırladaq ki, seçkidən bir gün sonra Dağlıq Qarabağa gedib, oradakı ermənilərlə görüşən Paşinyan çıxışı zamın Dağlıq Qarabağın da danışıqlarda birbaşa iştirak etməsində israrlı olacağını bildirib. Bununla yanaşı, o, Qarabağın erməni icmasına qarşı «səmimiyyət» nümayiş etdirərək, hələ 2016-cı ildə Azərbaycana heç bir ərazi qaytarılmayacağını bildirdiyini xatırladıb. Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı ilk şərhlərini sarsıntılı sərsəmləmə kimi xarakterizə edən Tomas de Vaal, onun çıxışını hər hansı bir diplomatdan daha çox, kütlə arasından çıxmış səbatsız bir kəsin çıxışı ilə eyniləşdirir.
Analitikin fikrincə, yeni baş nazirin sərt mövqeyi daxili siyasi vəziyyətdən qaynaqlanır. Çünki Paşinyan hakimiyyətə 90-cı illərdə Qarabağda qəddarlıq edib və sonra 20 il müddətinə Ermənistanı idarə edən Sarkisyandan sonra gəlib. Aydındır ki, o, milli təhlükəsizliyə dair mandatını təsdiqləməyə ehtiyac duyur və Qarabığın erməni icmasına onlarla birgə olduğunu inandırmağa çalışır.
De Vaalın sözlərinə görə, Paşinyanın çıxışındakı ən böyük təhlükə onun açıq şəkildə Qarabağın «suverenliyini elan edərək» işğal etdikləri torpaqların qaytarılmayacağını deməsi ilə bağlıdır. Onun çıxışından belə çıxır ki, deməli, Bakı ilə danışıqlar aparmaq üçün heç bir sual yoxdur. Yəni müharibə labüddür.
Analitikin fikrincə, son 15 il ərzində danışıqlar ATƏT-in vasitəçilərinə işləmək üçün kifayət etsə də, hələ ki, ortada ciddi bir nəticə yoxdur. Trump administrasiyası vasitəçilik rolundan imtina etməyərək danışıqları aparmaq üçün Endryu Şoferi yeni nümayəndə kimi təyin etdi.
De Vaala görə, Dağlıq Qarabağ məsələsində yeni düşüncə böyük önəm kəsb elir: «Bir sözlə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölməkdə olan sülh prosesinin intensivləşdirilməsi lazımdır, lakin Ermənistanın yeni rəhbərləri küçələrdə qazandıqları legitimliyi necə istifadə etməkdən ehtiyatlı olmalıdır? Çünki Qarabağla bağlı danışıqlar prosesi çox incə bir məsələdir və onun dağılması yeni bir qarşıdurmaya gətirib çıxıra bilər».
Əlavə edək ki, Paşinyan həm də, çevrilişqabağı antirus çıxışları ilə də kütlənin rəğbətini qazanmağa çalışırdı.Bəs indi necə olacaq, antirus ritorika davam edəcəkmi? Ermənistan hakimiyyəti Qərbyönümlü siyasi xətt yeritsə bu, Qarabağ probleminin çözülməsi prosesində onların əleyhinə işləyəcək.Hələ məsələnin iqtisadi tərəfini önə çəksək, Ermənistan üçün tamamilə arzuolunmaz bir situasiya yarana bilər.Məsələn , bu gün Rusiyada işləyən Ermənistan vətəndaşlarının sayı 232 247 nəfərdir. Bu rəqəmə istinad etsək, deyə bilərik ki, ermənilər Rusiyada işləyənlərin sayına görə qırğızlardan sonra ikinci yerdədirlər.Bu qədər vətəndaşı Rusiyada çalışan və ölkəsinə pul göndərən Paşinyan bundan sonra necə antirus siyasət aparacaq? Deməli, Paşinyan iki daşın arasında qalıb.Onu hakimiyyətə daşıyan Qərb dairələrinə verdiyi vədi-Rusiyadan tədricən aralanmağı bacara biləcəkmi? Bu istiqamətdə addımlar atsa,onda Rusiya ilə bağlı olan iqtisadi rıçaqlar işə düşəcək və hadisələr pis sonluğa doğru hərəkətə başlayacaq. Bir sözlə, Paşinyan Ermənistanı açıq okeanda istiqaməti itirmiş gəmiyə bənzəyir...
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info