Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda keçirilən “Mexricon” uşaq xeyriyyə festivalının təşkilatçısı olub  
Tarix: 23.05.2018 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


 
Hər il Özbəkistanın "Türküstan" Respublika Sarayında Daşkənddəki internet evlərinin uşaqları üçün keçirilən xeyriyyə festivalında bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təşkilatçı kimi iştirak edir və Mərkəz builki iştirakını cümhuriyyətimizin 100 illik yubileyinə həsr edib.
Tədbirdə Daşkənd şəhərində yerləşən 15-ə yaxın uşaq evlərinin minə yaxın fiziki qüsurlu və yetim uşaqları iştirak ediblər.
Özbəkistan Həmkarlar İttifaqı, Danın da dəstək verdiyi tədbirin bu ilki təşkilatçısı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi olub.
Öncə Daşkənd şəhər hakimiyyətinin nümayəndəsi Səyyara Xocayeva qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin arasında istedadların üzə çıxarılması, onların gələcəyə inamının artırılması, gələcək fəaliyyətlərinin stimullaşdırılmasının vacib olduğunu qeyd edərək, əsl dost dəstəyini göstərən Azərbaycan dövlətinə öz təşəkkürünü bildirdi. Natiq Özbəkistanda dövlət tərəfindən uşaq evlərinin xüsusi qayğı ilə əhatə olunduğunu vurğuladı.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov
Özbəkistan-Azərbaycan dostluğundan danışaraq müstəqil dövlətlərimizin olmasının gələcək nəsillər üçün böyük imkanlar açdığını söylədi. O, Azərbaycanda və dünyada bu il xalqımızın öz istiqlalına qovuşmasının yüz illik yubiley tədbirlərinin geniş qeyd olunduğunu və rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin də Festivalda iştirakını məhz Cümhuriyyətin 100 illiyinə həsr etdiyini bildirib. Gələcək nəsillər olan uşaq və yeniyetmələrə uğurlar arzulayan natiq, müstəqilliyimizin və dostluğumuzun möhkəmlənməsində onların üzərinə böyük vəzifələr düşdüyünü qeyd etdi.
Daha sonra tədbirin bədii hissəsinin açılışı olub. “Özbəkistan bizim ümumi evimizdir” adlı Festivalın laureatlarının, habelə Daşkənddəki internat və uşaq evlərinin iştirakı ilə hazırlanan konsert proqramında eşitmə qabiliyyəti zəif, fiziki qüsurlu uşaqlar öz istedadlarını nümayiş etdiriblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” və “kiçik fidanlar” rəqs qrupları milli Azərbaycan rəqslərini ifa etdilər. Çıxışlar uşaqların alqışları ilə qarşılanıb.
Qeyd edək ki, tədbirin sonunda Daşkənddəki 15 uşaq evi və İnternet məktəblərinə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hədiyyələri təqdim olunub.
Bədii hissədən sonra uşaq və yeniyetmələrə bayram ziyafəti verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.06.2018
Bilik Fondu texniki kollecdə mühazirə təşkil edib
15.06.2018
Azərbaycanın müasir inkişaf tarixi 15 İyun – Milli Qurtuluş Günündən başlayır
14.06.2018
Daşkənddə Sona Vəliyevanın “Dünya gözlərimdə çəhrayı rəngdə” adlı kitabının təqdimatı olub
14.06.2018
Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində çox mühüm yer tutur
14.06.2018
KİV nümayəndələri məhkəmə binalarının yeni standartları ilə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9428

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info