“Məqsədimiz uşaqların internet təhlükəsizliyini təmin etməkdir”
Tarix: 24.05.2018 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin ulu öndər Heydər Əliyevin adi ilə bağlı olduğunu deyib. Diqqətə çatdırıb ki, ümummilli lider hər zaman milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini xüsusi qeyd edirdi. Bu gün ölkəmizdə ailə institutunun qorunması prioritet məsələlərdəndir.
Tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb. Cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır. Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına, inkişafına çalışır. Cəmiyyətin və dövlətin tərəqqisində xüsusi rolu olan ailə öz bütövlüyünü qoruyub saxlayır. Azərbaycan ailəsi dünyada özünəməxsusluğu ilə seçilir. Bizim qədimdən gələn ailə modelimiz var.

Məhəbbət Vəliyeva:
“Şagirdlərin məktəblərə mobil telefonla gəlməsinə göz yumanlar var”
“Bu gün orta məktəblərə verilən internet şəbəkəsi filtrdən keçən şəbəkədir. Şagirdlər məktəb mövzularından kənar sahələr üzrə saytlara daxil ola bilmirlər. Amma gəlin razılaşaq ki, bu gün şagirdlər məktəblərə mobil telefonla gəlirlər.” Bunu tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. O bildirib ki, qanunvericilikdə müvafiq tələb olmadığına görə məktəb bunun qarşısını ala bilmir: “Amma bütün məktəb rəhbərləri bunu bir qadağa kimi qoyurlar. Təəssüf ki, buna göz yumanlar var. Bu da bir reallıqdır”.
Təhsil İnstitutu Təhsil Nazirliyinə məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı əsasnamənin yeni variantını təqdim edib. M.Vəliyeva bildirib ki, hazırda əsasnamənin yeni variantı müzakirə edilir: “Təhsil Nazirliyində məktəblərdə psixoloji xidmətin təşkili məsələsinə ikili yanaşma var. Yanaşmalardan biri budur ki, mövcud psixoloqlar qalmaqla, şagird sayından asılı olaraq, ştat sayı artırılsın. İkinci məsələ bundan ibarətdir ki, Bakıda ayrı-ayrılıqda müxtəlif psixoloji xidmət mərkəzləri yaradılsın. Bunların QHT-lər, yoxsa dövlət müəssisələri olacağı məsələnin digər tərəfidir. Amma yaradılacaq həmin mərkəzlər ehtiyac olduğu təqdirdə məktəblərə psixoloji xidmət göstərəcəklər”.

“Məqsədimiz uşaqların internet təhlükəsizliyini təmin etməkdir”

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov bildirib ki, bu gün gənclərdə aqressiyanın olmasının əsas səbəbi bizə xaricdən ötürülən cizgi filmləridir: “Əsas məqsədimiz uşaqları bu cür aqressiyadan qorumaq üçün onların internet təhlükəsizliyini təmin etməkdir”. A.Adıgözəlov qeyd edib ki, mətbuatda bu barədə məlumatlar şişirdilsə də, əslində, son 5 ildə yetkinlik yaşına çatmayanlara qarşı törədilən zorakılıq hallarının sayında artım müşahidə edilmir: “Törədilən hər bir fakt qanunvericiliyə uyğun olaraq, polis tədqiqatının predmetinə çevrilib və ona hüquqi qiymət verilməsi üçün məhkəmələrə təqdim edilib. Yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına gəlincə, əminliklə deyə bilərəm ki, son 5 ildə bu sahə üzrə rəqəmlərdə elə böyük artım yoxdur”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.10.2018
“AzInTelecom” “Hackathon” keçirir
23.10.2018
“Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə”
22.10.2018
“İnnovasiyalar həftəsi” çərçivəsində “Robo Futbol” turniri təşkil olunacaq
22.10.2018
Bilik Fondu ilə Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında Niyyət Protokolu imzalanıb
22.10.2018
Gömrük əməkdaşları üçün baxış-rentgen texnikası üzrə operator təlimi təşkil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10302

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info