Milli dəyərləri itirən “məşhur ssenarist”
Tarix: 24.05.2018 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Rüstəm İbrahimbəyovu özlərinə lider seçən müxalifət nümayəndələri bu filmdən sonra xalqa nə cavab verəcəklər?

“Mən əminəm ki, erməni xalqı bizə düşmən deyil. Onlar da azərbaycanlılar kimi, baş verənlərin qurbanıdırlar”.
Bu fikirləri hələ 2013-cü ildə “milli şura” adlı qondarma qurumu “yaradıb” radikal müxalifətin ixtiyarına verən kinorejissor Rüstəm İbrahimbəyov demişdi. O, müsahibəsində qeyd etmişdi ki, Qarabağ tək azərbaycanlıların torpağı deyil, burada yaşayan əhalinin əksəriyyəti ermənidir. Halbuki 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra çar Rusiyasının Qarabağa kütləvi köçürmələrinin hesabına ermənilərin sayı artmışdı. Vaxtilə Rüstəm İbrahimbəyov Ermənistanın Qarabağı öz torpağı “hesab etməsindən” də danışırdı: “Onlar Qarabağı özlərininki, biz də öz torpağımız sayırıq. Məncə, bu, müzakirə mövzusudur. Bu, danışıqlar və elmi araşdırmalar mövzusudur”. Məgər İbrahimbəyov bilmirdi ki, Dağlıq Qarabağ bütün tarix boyu Azərbaycan dövlətlərinin tərkibində olub?
Hələ beş il əvvəl bilərəkdən belə ermənipərəst açıqlamalar verərək öz iç üzünü açıb ortaya qoymuş bir adamın “erməni sevdası” haqqında yazanda müxalif qüvvələr tərəfindən qınaq obyekti olurduq. Zaman keçdi, Rüstəm İbrahimbəyovun daha bir “erməni sevdası”nı sübut edən əməli üzə çıxdı. Belə ki, tanınmış kinoşünas Ayaz Salayev Rüstəm İbrahimbəyovun ssenarisini yazdığı son filmlərindən biri-“Qafqaz üçlüyü” filmi haqqında məqalə yazaraq, maraqlı məqamlara toxunub.
Qeyd edək ki, film 2015-ci ildə çəkilib, ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya, Fuad İbrahimbəyovdur. Filmdə Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar.
Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur.
Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi isə “vəhşi azərbaycanlıların” “dinc ermənilərə” qarşı qəddarlığını göstərməkdir.
Kinoda erməninin “cəzalandırılması” aksiyasının sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı və əslində, bu qəddarlığın xalqımızın mentalitetində oturuşduğunu beynəlxalq auditoriyaya təqdim etmək niyyəti özünü aydın büruzə verir.
Hətta öldürülən oğlunun xəbərini almaq niyyətilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü təsvir olunur.
Ssenarist, kino dili ilə aşkar şəkildə deyib ki, ermənilərin bədbəxtliyinin günahkarı "vəhşi azərbaycanlılardır"! Yəqin əlavə şərhə ehtiyac yoxdur. Filmdə personajlardan biri deyir ki, ermənilər bizim bir nömrəli düşmənimizdir! Bununla da müəllif Qarabağ konfliktinin əsas səbəbini başqa istiqamətdə axtarmağa çalışır. Ermənilərə düşmən kimi baxmağımızın səbəbinin Azərbaycan torpaqlarının işğalı faktı olması bilərəkdən qeyd edilmir! Filmdə bu haqda heç nə yoxdur. İbrahimbəyovun fikrincə, əsas səbəb azərbaycanlılarda ermənilərə olan izahı mümkünsüz nifrətdir! Onun bu fikri Rusiya KİV-inə, ictimai fikrinə də yeridilir. İbrahimbəyov azərbaycanlıları film boyu yalnız aqressiv, vəhşi obraz kimi təqdim edir, hətta gürcünü döyən millət kimi də azərbaycanlı obrazı verir... Bu film sadə vətəndaşından tutmuş yüksəkvəzifəli məmuruna kimi bütün azərbaycanlıları yaramaz kimi təqdim edir. Sanki hazırda 30 min erməninin yaşadığı bir ölkədə hər kəs gecə-gündüz bu millətdən olan nümayəndələri tapıb cəzalandırmaq arzusu ilə yaşayır.
Ayaz Salayev də məqaləsində haqlı olaraq bildirib ki, təzadlı olan həm də Rüstəm İbrahimbəyovun “vəhşi” kimi qələmə verdiyi bir millətə rəhbər seçilmək istəyidir. Yəni bəyənmədiyi millətini “vəhşi” kimi təqdim edən bir adam bir müddət əvvəl “vəhşi” dediyi xalqın prezidenti olmaq üçün namizədliyini irəli sürmüşdü.
Maraqlıdır, vaxtilə Rüstəm İbrahimbəyovun rəhbəri olduğu Bakıdakı təşkilatın- indi Cəmil Həsənlinin rəhbərlik etdiyi “milli şura”nın üzvləri nə düşünür?
Erməniləri belə müdafiə edən bir kinorejissoru-Rüstəm İbrahimbəyovu özlərinə, az qala, dahi lider, xilaskar, hətta siyasi rəhbər kimi təqdim edən, cəmiyyətə sırımağa çalışan müxalifət liderlərinin bununla bağlı nə açıqlaması olacaq? Belə bir anormal adamı ölkə siyasətinə gətirmək, başınıza ağa etmək istəyirdiniz... Əslində, erməni sevdası müxalifət rəhbərlərində də az deyil. Bu səbəbdən də “taylı-tayını tapar” misalı yerinə düşür. Film Rüstəm İbrahimbəyov kimi düşmən xislətli birisini xalqa “milləti düşünən əsl ziyalı” kimi təqdim etməyə, onu prezident kürsüsünə yüksəltməyə çalışan “milli şura” adlı qurumun, onun başında duran Əli Kərimli, Cəmil Həsənli və digərlərinin antimilli və ermənipərəst simasını da aydın göstərir. Heç də istisna deyil ki, bu filmin maliyyə mənbəyi yaxşı araşdırılarsa, birbaşa və ya dolayısı ilə ermənilərlə bağlı olduğu üzə çıxar.
Rüstəm İbrahimbəyovun bu xəyanətkar əməli, onun həmsədri olduğu “milli şura” başçılarının satqın və düşmən xisləti Azərbaycan cəmiyyətində dərin hiddətə səbəb olub. Bu özünü, hətta sosial şəbəkələrdə aparılan müzakirələrdə də göstərir. İctimaiyyət nümayəndələri, ziyalılar, siyasi partiya, QHT, media nümayəndələri öz xalqına qarşı bu dərəcədə xəyanətkarlıq edən İbrahimbəyovu, onun yaxın ətrafını, o cümlədən də “milli şura” başçılarını sərt tənqid edir və onlara qarşı ciddi tədbir görülməsini tələb edirlər.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info