“Azərbaycanın qazandığı böyük uğurlar Türkiyə üçün də qürur mənbəyidir”
Tarix: 23.05.2018 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentini təbrik edib: “Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Sizin simanızda bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Qardaş Azərbaycanın bütün sahələrdə qazandığı böyük uğurlar və beynəlxalq arenada əldə etdiyi nüfuzlu mövqe Türkiyə üçün də qürur mənbəyidir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü qeyd edildiyinə görə xüsusi önəm daşıyan 2018-ci ildə ölkənizi regionun lider dövlətlərindən biri kimi görmək bizi həddən artıq sevindirir. Uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın bu nailiyyətlərini artıraraq davam etdirəcəyinə inamımız qətidir. Qısa bir müddətdə strateji səviyyəyə çatan və istər aramızdakı həmrəylik ruhu, istərsə də konkret əməkdaşlığımız baxımından dünyaya nümunə olan münasibətlərimizin daha da güclənməsi istiqamətində qətiyyətli olduğumuzu bir daha vurğulamaq istəyirəm. Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah diləklərimi bir daha ifadə edirəm”. Ukrayna Prezidenti Petro Poroşenko, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov və Belçikalıların Kralı Filip də Prezidenti təbrik ediblər.





 
Bölməyə aid digər xəbərlər
19.06.2018
“Zəhərlənmə hadisəsinin başvermə səbəbi araşdırılır“
18.06.2018
“ABŞ qaçqınlar üçün düşərgəyə çevrilməyəcək”
18.06.2018
ASAN xidmət Azərbaycan Prezidentinin böyük uğurudur
16.06.2018
“Ordumuz hər an düşmən təxribatının qarşısını almağa hazır olmalıdır”
16.06.2018
“TANAP Gürcüstanın tranzit potensialını artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9428

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info