Ermənistan Cənubi Qafqazda ən yoxsul ölkədir
Tarix: 24.05.2018 | Saat: 12:36:00 | E-mail | Çapa göndər


Ermənistan Cənubi Qafqazda ən yoxsul ölkədir. Bu faktı təsdiqləyən məlumatlar Beynəlxalq Valyuta Fondunun (BVF) növbəti hesabatında əksini tapıb. Alıcılıq qabiliyyəti pariteti (AQP) əsasında adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) əsas maddə kimi götürüldüyü hesabatda dünya ölkələrinin iqtisadi göstəriciləri verilib.
AZƏRTAC “Кавказ Online” analitik informasiya portalına istinadla xəbər verir ki, bu hesabata əsasən, alıcılıq qabiliyyəti pariteti əsasında adambaşına düşən ÜDM 2018-ci ilin sonunda 10 min dollar olacaq. Bu göstərici 2017-ci ildə 9,4 min dollar olub. Ermənistan bu göstərici üzrə 192 ölkə arasında 113-cü yeri tutub. Bundan başqa, bu göstərici Cənubi Qafqaz ölkələri arasında ən aşağı göstəricidir.
Ermənistan Milli Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə respublikada ÜDM-in həcmi 5 580,1 milyard dram və ya təxminən 11,5 milyard dollar (2017-ci ildə məzənnə - 1 dollar təxminən 482,72 dram) olub. 2017-ci ildə Ermənistanda iqtisadi yüksəliş 7,5 faiz olub.
AQP müxtəlif ölkələr arasında yaşayış həyat şəraitinin səviyyəsini müqayisə etmək üçün iqtisadi inkişaf səviyyəsini müəyyənləşdirir, ölkədə yaşayışın təxmini dəyərini və inflyasiya tempini nəzərə alır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.06.2018
Putin Paşinyanı alçaldıb
16.06.2018
Paşinyan rus təhdidləri ilə Avropa “imkanları” arasında qalıb
16.06.2018
“Jamanak“: “Paşinyan istefa verəcək”
14.06.2018
Paşinyan hökumətində ilk çatlar
14.06.2018
Paşinyanın təyinatı ermənilərdə hiddət doğurdu

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9428

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info