Məntiq Olimpiadasının qalibləri mükafatlandırıldı
Tarix: 24.05.2018 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Bu gün Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, Xəzər Universitetinin akademik tərəfdaşlığı, Kainat Tədris Mərkəzi və ATGTİ-nin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan III Tələbələrarası Məntiq Olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Park İnn otelində baş tutan tədbirdə Veysəloğlu Qrupun Biznesə Dəstək üzrə Baş direktoru İlqar Nuri, Xəzər Universitetinin professoru Fuad Rəsulov, ATGTİ-nin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Ramin Həbibzadə və Kainat Tədris mərkəzinin direktoru İlqar Ağakişiyev və olimpiadanın iştirakçısı olmuş tələbələr iştirak ediblər. Mükafatlandırma mərasiminə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanılıb. Ardınca olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub.
Bilik yarışının qaliblərini təbrik edən Veysəloğlu Qrupun Biznesə Dəstək üzrə Baş direktoru İlqar Nuri məntiq olimpiadasının əhəmiyyətindən söhbət açıb, iştirakçılara həm təhsilində, həm də gələcək işlərində müvəffəqiyyətlər arzu edib.
Tədbirin sonunda III Tələbələrarası Məntiq Olimpiadasının qalibləri mükafatlandırılıb. Belə ki, ilk onluğu tutan tələbələrə sertifikat, Teas Press Nəşriyyat evindən bestseller kitablar, planşet, noutbuk və 1-ci yerin sahibinə Veysəloğlu Qrup tərəfindən iPhone X mobil telefonu təqdim olunub, Xəzər Universitetindən isə 2 illik ödənişsiz MBA təhsili almaq şansı qazanıb. İkinci tura keçən 200 tələbəyə isə Ulduz Şokolad Fabrikindən şokoladlar, Kainat Tədris Mərkəzindən isə test kitabları hədiyyə olunub.
Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan III Tələbələrarası Məntiq Olimpiadası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin inzibati binasında keçirilmişdi. Birinci mərhələdə ümumilikdə 3177 tələbə iştirak etmiş və final mərhələsinə 200 nəfər vəsiqə qazanmışdı.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.06.2018
Ermənistanda hərbi avtomobil qəzaya uğrayıb, 5 hərbçi xəsarət alıb
19.06.2018
Müdafiə naziri Raket və Artilleriya Qoşunlarının cəbhə bölgəsində yerləşən hərbi hissəsinin açılışında iştirak edib
19.06.2018
Londonda azərbaycanlı qadın sahibkarların bizneslərinin təqdimat mərasimi keçirilib
18.06.2018
Yaponiyada zəlzələ
18.06.2018
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9428

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info