“Həyatımın ən böyük arzusuna çatdım – BANM-in tələbəsi oldum”
Tarix: 24.05.2018 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərin sayı ildən-ilə artır. Yüksək bal toplayan abituriyentlər istədiyi peşə ilə bağlı müəyyən ali təhsil müəssisəsinə üstünlük verirlər. 2018/2019-cu tədris ili üçün bu günlərdə ali məktəbə qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri - Vasif Əsədov təhsilini davam etdirmək üçün Bakı Ali Neft Məktəbini seçib:

- Vasif, özünüzü daha yaxından tanıdın.
- Mən 2000-ci il sentyabrın 28-də İsmayıllıda anadan olmuşam. 2007-ci ildə İsmayıllı şəhər 6 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşam. Atam Rusiyada işləyir. Anam isə evdar qadındır. Mən ailənin böyük övladıyam. Məndən kiçik bir qardaşım var.
- Təhsil almaq üçün niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiniz?
- Düzü, kiçik yaşlarımdan mühəndislik sahəsinə böyük marağım olub. Həmçinin daha yaxşı biliklərə yiyələnə bilmək üçün xaricdə təhsil almağı da arzu etmişəm. Bu istiqamətdə bir universitet axtarışında idim və BANM qarşıma çıxdı. Sonra ali məktəb haqqında ətraflı araşdırmalara başladım və əmin oldum ki, BANM elə məhz mənim axtardığım bir yerdir.
- Bu uğurunuz üçün ən çox kimə borclusunuz?
- Uğurum üçün müəllimlərimə, valideynlərimə və məktəb yoldaşlarıma borcluyam.
- Hobbiniz varmı və ümumiyyətlə, nə ilə məşğul olmağı daha çox sevirsiniz?
- Daha çox kitab oxumağı sevirəm. Ona görə hobbim kitab oxumaqdır deyə bilərəm. Qəbul imtahanına hazırlaşdığım son il istisna olmaqla, aşağı siniflərdən bədii kitab oxumağı əsas hobbiyə çevirmişəm. Amma, bundan başqa, şahmat və voleybol oynamağı, bir də döyüş növləri ilə məşğul olmağı da sevirəm.
- BANM-i bitirdikdən sonra nə etməyi planlayırsınız?
- BANM-i bitirdikdən sonra təhsilimi xarici ölkələrin birində, xüsusilə də ABŞ və ya Almaniyada davam etdirməyi planlayıram.
- Seçiminiz BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası olub. Bu ixtisas nə ilə sizi cəlb edir?
- “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üçün keçid balı respublikada ən yüksək keçid balına çatdığına görə bu ixtisas məni cəlb etdi. Mən həmişə rəqabəti sevmişəm. Bu ixtisasda rəqabətin ən yüksək səviyyədə olduğunu düşündüyüm üçün seçimimi məhz onun üzərində dayandırdım. Düşünə bilirsinizmi, ixtisasın ən aşağı bal yığan tələbəsi 685 bal yığıb. Təbii ki, bu cür ixtisas sağlam rəqabətə və yüksək təhsilə zəmanət verir.
- Seçim qarşısında olan və növbəti il gələn abituriyentlərə nə məsləhət görərdiniz?
- Seçim qarşısında olan abituriyentlərə məsləhətim bu olardı ki, əgər I qrup üzrə hazırlaşırlarsa, heç düşünmədən BANM-i seçsinlər. BANM-in kampusu ilə də tanış oldum, çox möhtəşəmdir. Mən həyatımın ən böyük arzusuna çatdım – BANM-in tələbəsi oldum. Bu çox gözəl hisdir. “BANM-in tələbəsi” adını qazanmağı hər bir abituriyentə arzulayıram.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info