ABŞ dövlət katibi erməniləri məyus edib
Tarix: 24.05.2018 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


Erməni mənbələr yardım müraciətinə Mayk Pompeonun cavabını “imtina” kimi dəyərləndirir

Nikol Paşinyan baş nazir seçildikdən sonra Amerika Birləşmiş Ştatlarındakı ən böyük erməni təşkilatı -"Ai Dat" ABŞ dövlət katibi Mayk Pompeonu Ermənistana 140 milyon dollar hədiyyə verilməsi imkanını tez bir zamanda müzakirə etməyə çağırıb. «Minilliyin çağırışı» adı altında beş il müddətinə verilməsi ehtimal edilən qrantın, guya, Ermənistanda ümumi məktəblərdə təhsil və elm proqramlarının inkişafına yönəldiləcəyi bildirilirdi. Lakin belə görünür ki, ABŞ-ın yeni dövlət katibi erməni təşkilatının çağrışına cavab verməkdə bir az tərəddüdlü görünür. Mayk Pompeonun ermənilərə öz imkanlarını nəzərdən keçirdiklərini bildirməsi Ermənistanda amerikalı məmurun qrantı verməkdən imtinası kimi də dəyərləndirirlər. Qeyd edilməlidir ki, dövlət katibi, müvafiq korporasiyanın belə proqramları tez bir zamanda müzakirə edə biləcəyi rəsmi bir prosesə malik olmadığını bildirsə də, prosesə kömək etməyə hazır olduğunu istisna etməyib: “Ümid edirik ki, bu il «Minilliyin çağırışı»nda Ermənistan hökumətinin uyğunluq meyarları nəzərə alınaraq layihəyə daxil olması Direktorlar Şurası tərəfindən nəzərdən kesiriləcək”. Ermənilərin “1in.am” saytı amerikalı məmurun bu cavabını “əslində, ABŞ-ın təcili olaraq Ermənistana 140 milyon dollar hədiyyə verilməsi barədə müraciətdən imtina”sı kimi dəyərləndirib. Sayt daha sonra yazır: “Əlbəttə ki, Pompeonun müəyyən rəsmi prosedurlara istinad etməsi başadüşüləndir. Lakin, bununla belə, ABŞ dövlət katibinin ehtiyatla da olsa, Ermənistanın hakimiyyət orqanlarından xüsusi tədbirlər gözlədiyi də açıq sezilməkdədir. Təbii ki, Ermənistanda baş verən məxməri inqilab erməni-amerikan əlaqələrinin inkişafı üçün əhəmiyyətli bir siqnal oldu. Bu, prezident Donald Trampın Nikol Paşinyana göndərdiyi təbrik teleqramında da özünü büruzə verdi. Digər tərəfdən indiyədək biz inqilabın hərtərəfli bir qələbəsi ilə məşğul deyilik, amma yenə də Ermənistanda baş vermiş misilsiz siyasi prosesin nəticələrini kapitallaşdırmaq üçün gücün dəyişdirilməsi ilə məşğul oluruq”. Erməni inqilabının geosiyasi əhəmiyyətinin olmadığını yazan sayt Vaşinqtonun Ermənistandan olan gözləntilərinin, hələ ki, böyük olmadığını bildirir. Saytın yazdığına görə, erməni baş nazir Nikol Paşinyan ilk həftəsində «əsaslandırılmış» xarici siyasət bəyanatlarında yalnız Moskvaya «sadiqlik» mesajını çatdırması da bu vəziyyətdə öz sözünü deməkdədir. Sayt pafoslu şəkildə bildirir: “Yeni Ermənistan artıq həyati bir faktdır, lakin onun məzmunu daxili və xarici siyasət baxımından hələ də məlum deyil . Belə görünür ki, Tramp administrasiyası Ermənistanla bağlı geniş rotasiya dəyişiklikləri etmək məcburiyyətində qalacaq”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info