“Mənim Azərbaycanım” Ümumrespublika Gənclər Festivalı
Tarix: 25.05.2018 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında “Mənim Azərbaycanım” Ümumrespublika Gənclər Festivalı keçirilib. Tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Əvvəlcə Cümhuriyyət dövründə Bakının ictimai həyatını əks etdirən qısa səhnəcik nümayiş olunub. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən bəhs edən videoçarx göstərilib. Daha sonra süvari dəstəsinin iştirakı ilə Azərbaycanın milli azadlıq mübarizəsini, eləcə də Cümhuriyyət dövründə ordu quruculuğu və Xalq Cümhuriyyəti Ordusunun qazandığı zəfərləri əks etdirən səhnə təqdim olunub. Həmçinin hərbi orkestrin müşayiətilə Cümhuriyyətin yadigarı – Azərbaycan Respublikasının Dövlət bayrağı səhnəyə gətirilib, Dövlət himni səsləndirilib. Festival Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dair Tədbirlər Planı”nın 13-cü bəndinin icrasını təmin etmək məqsədilə təşkil olunub. Ümumilikdə, 1500-dək gəncin qatıldığı festival çərçivəsində son 100 ildə ölkəmizdə baş verən proseslərin və qazanılan uğurların Azərbaycan gəncləri arasında təbliği məqsədilə sərgi təşkil edilib.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info