Şagirdlər üçün “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi” mövzusunda mühazirə
Tarix: 25.05.2018 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşı Taliyə Hacıyeva, Gənclər və İdman İdarəsinin əməkdaşı Mamed Rzayev, müəllim və şagird kollektivi, məktəblilərin valideynləri iştirak ediblər.
Bilik Fondunun Mətbuat xidmətindən “Palitra”ya bildiriblər ki, məktəbin direktoru Nurqələm Bayramova qonaqları salamlayaraq Cümhuriyyət tariximizin şərəfli səhifələrindən söz açıb, tədbir iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100 illiyi münasibəti ilə təbrik edib. Məktəbin tarix müəllimi Dilbər Əsədova Azərbaycan xalqının zəngin dövlətçilik tarixindən danışıb, Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verdiyini vurğulayıb. Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini dövlətçilik tariximizə hörmət kimi dəyərləndirərək təmsil etdiyi qurumun bu il çərçivəsində həyata keçirdiyi layihələr barədə məlumat verib. Bilik Fondunun Lektorlar Qrupunun üzvü, Bakı Dövlət Universiteti Tarix fakültəsinin dosenti Boran Əzizin “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi” mövzusunda mühazirəsi dinlənilib. Natiq məktəblilərə cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolundan bəhs edib. Mühazirəçinin sözlərinə görə, Cümhuriyyət tariximiz sübut edir ki, Azərbaycan xalqı hər zaman müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir. Mühazirəçi məktəbliləri maraqlandıran sualları cavablandırıb. Xalq Cümhuriyyəti tarixinin daha dərindən öyrənilməsi məqsədilə məktəbdə keçirilmiş olimpiadanın qalibləri mükafatlandırılıb. Fərqlənən şagirdlərə Bilik Fondunun hədiyyələri də təqdim olunub. Bayram tədbiri şagirdlərin hazırladıqları musiqili-bədii kompozisiya ilə yekunlaşıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
17.01.2019
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info