Merkel Ağ Ev qarşısında geri çəkilir: “Avropa şirkətləri İrandan getməli olacaq“
Tarix: 25.05.2018 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Almaniyanın xarici işlər naziri: “ABŞ və Avropa kompromisdən çox uzaqdır”

Avropa Komissiyasının sədr müavini Frans Timmermans: “ABŞ-ın yeni administrasiyası Avropa İttifaqı üçün “əsl problemdir” Bu, ilk ABŞ administrasiyasıdır ki, vahid deyil, bölünmüş Avropanın onların marağında olduğunu hesab edir”.


"Bir çox Avropa şirkəti ABŞ-ın tətbiq edəcəyi sanksiyalara görə İrandan getməli olacaq." "RİA Novosti" agentliyinin verdiyi xəbərə görə, bunu Almaniya federal kansleri Angela Merkel deyib. Kansler bildirib ki, Almaniya İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planına hörmətlə yanaşır: “Saziş, əlbəttə ki, ideal deyil, amma digər variantlar qeyri-stabildir". Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın əvvəlində ölkəsinin İranla imzalanmış nüvə sazişindən çıxdığını və tezliklə İrana qarşı yeni sanksiyalar tətbiq olunacağını açıqlayıb. Böyük Britaniya, Almaniya və Fransa bütün tərəfləri öz öhdəliklərinə əməl etməyə çağıraraq rəsmi Vaşinqtonun qərarını dəstəkləməyib. İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Belə görünür ki, başda Almaniya olmaqla Avropa dövlətləri ABŞ-ın təzyiqlərinə tab gətirə bilmir. Merkelin sözləri də bunu təsdiqləyir. Almaniyanın xarici işlər naziri Hayko Maas isə bəyan edib. Avropa və ABŞ İranla nüvə razılaşmasına dair məsələdə kompromisə nail olmaqdan çox uzaqdır: “Düşünürəm ki, hazırda kompromisdən çox uzağıq. Mən dövlət katibi Pompeoya ABŞ, Böyük Britaniya, Fransa və Almaniya arasında xüsusi görüşün keçirilməsini təklif etdim”. Vaşinqtonda səfərdə olan Almaniya XİN rəhbəri ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşüb. Avropa Komissiyasının sədr müavini Frans Timmermans ABŞ-ın yeni administrasiyasını Avropa İttifaqı üçün “əsl problem” adlandırıb. Timmermans “EurActiv”ə müsahibəsində deyib: “Bu, ilk ABŞ administrasiyasıdır ki, vahid deyil, bölünmüş Avropanın onların marağında olduğunu hesab edir. Bu isə Avropa üçün real problemdir”. Avropa İttifaqının icraedici orqanının ikinci şəxsi müsahibəsində qeyd edib ki, transatlantik əməkdaşlıq, ticarət, təhlükəsizlik kimi məsələlərdə ciddi mübahisəli vəziyyətlər yaranıb. Transatlantik əməkdaşlıq prinsiplərinə sıx bağlı olması ilə bilinən Avropa İttifaqı şurasının rəhbəri Donald Tusk isə bir müddət əvvəl bəyan etmişdi ki, Avropa Donald Trampa minnətdar olmalıdır ki, onun sayəsində qitə bütün illüziyalardan xilas olub: “İndi isə Avropa hər şeyi müstəqil şəkildə etmək ssenarilərinə hazır olmalıdır”. İranın nüvə məsələsi, alüminium və metala tətbiq edilən vergilər ABŞ-la Avropa arasında ziddiyyətlər yaradıb. Tramp Avropa İttifaqından polad və alüminium idxalının 10 faiz azaldılmasında israrlıdır. Bu məsələlərlə bağlı tərəflər arasında aparılan danışıqlarda, hələlik müsbət nəticə əldə etmək mümkün olmayıb. Avropa İttifaqının ticarət məsələləri üzrə komissarı Sesiliya Malström elan edib ki, Avropa İttifaqının Avropa məhsullarına Amerika rüsumlarının tətbiqinin qarşısını almağa müvəffəq olacağını gözləmir. O, ABŞ Avropa şirkətləri üçün rüsumların tətbiqinin iyunun 1-də başa çatan təxirə salınması müddətinin növbəti dəfə uzadılacağına da ümid bəsləmir.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info