Bakı şəhəri və onun qəsəbələrində təmirsiz məktəb qalmayacaq
Tarix: 25.05.2018 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Bakı şəhərində yay aylarında ondan çox məktəb əsaslı təmir ediləcək

Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycanda son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər bu sahəyə dövlətin böyük önəm verdiyini göstərir. Müstəqilliyin bərpasından sonra ölkədə ümumi təhsilin inkişafına dövlət qayğısı xeyli güclənib, onun mütərəqqi dünya təcrübəsi zəminində məqsəd, məzmun və mahiyyət baxımından yenidənqurulması, habelə şagird nailiyyətlərinin qiymətləndirilməsində müasir texnologiyaların tətbiqi istiqamətində islahat xarakterli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Ümumtəhsil məktəb şagirdlərinə dərsliklərin pulsuz verilməsi, növbəliliyin əsaslı şəkildə azaldılmasına xidmət edən yüzlərlə yeni məktəb binalarının inşası, maddi və mənəvi cəhətdən köhnəlmiş məktəblərin əsaslı təmiri və onların müasir avadanlıqlarla, o cümlədən informasiya-kommunikasiya texnologiyaları ilə təchizi bu qəbildən olan tədbirlərdəndir. Eləcə də pedaqoji və rəhbər pedaqoji kadrların seçilib yerləşdirilməsində ciddi qayda dəyişikliklərinin edilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində sağlam rəqabətin yaranması və onların əməkhaqqının artırılması ilə nəticələnən diaqnostik qiymətləndirmələrin keçirilməsi, dərs ilinin müddətinin uzadılması, istedadlı şagirdlərin olimpiada hərəkatının gücləndirilməsi, dövlət ümumtəhsil məktəblərində uşaqların məktəbəhazırlıq təhsilinin təşkili, tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsinin tətbiqi də ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əhəmiyyətli tədbirlərdəndir.
Bu günlərdə Prezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrinin təhsil müəssisələrinin təmiri və tikintisi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, son illərdə ölkədə təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılıb, müxtəlif şəhər və rayonlarda təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görülüb. Bakı şəhəri və onun qəsəbələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyətinə 40 milyon manat ayrılıb.
Ölkə başçısının bu sərəncamı heç də təsadüfi deyil. Belə ki, dövlət büdcəsindən təhsilə ayrılan xərclərin məbləği ildən-ilə artır və bu xərclərin nəzərəçarpacaq dərəcədə artması ölkə başçısının təhsil sahəsini dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. 2017-ci ildə dövlət büdcəsindən təhsilə çəkilən xərclər 2003-cü illə müqayisədə 7,4 dəfə artaraq 1742,8 milyon manat təşkil edib. 2017-2018-ci tədris ilinin əvvəlinə 4410 dövlət və 28 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1520 min nəfər şagird təhsil alıb. 2004-2017-ci illərdə ölkədə 530,3 min şagird yerinə malik yeni məktəb binaları tikilib və ya mövcud məktəblərdə əlavə şagird yerləri yaradılıb. Bundan əlavə, 20,9 min yerlik məktəbəqədər təhsil müəssisələri tikilib istifadəyə verilib.
Qeyd edək ki, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun və Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna xidmətləri var. Fond Azərbaycanın sosial-iqtisadi inkişafının ən mühüm və zəruri sahələrindən biri kimi müəyyən edilmiş təhsil sahəsinin inkişafına daim diqqət və qayğı ilə yanaşaraq bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirir. Ölkədə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb”, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi dövlət maraqları baxımından xüsusi əhəmiyyət daşıyan bir sıra layihələri fond uğurla gerçəkləşdirir.
“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi həyata keçiriləndən respublikamızın ən ucqar regionlarında müasir tələblərə cavab verən məktəb binaları tikilib istifadəyə verilib. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması və digər sahələrdə uğurlar qazanılıb. İlk addımlar 2005-ci ildə atılıb və 100, 200 və 240 şagird yerlik 132 məktəb tikilərək istifadəyə verilib. Həmin proqram çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana uyğunlaşdırılan bu məktəblər istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunub. “Yeniləşən Azərbaycana - yeni məktəb” layihəsi çərçivəsində respublikanın ayrı-ayrı regionlarında tikilmiş yeni məktəb binalarının və əsaslı təmir edilmiş məktəblərin sayı 400-ü keçib. Ümumilikdə isə ötən dövrdə həyata keçirilən işlər nəticəsində fondun xətti ilə inşa olunan orta məktəblərin sayı 500-dən yuxarıdır. Həmçinin Fondun təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 23 müəssisə əsaslı surətdə bərpa olunub.
Bundan başqa, qəzalı məktəblərin əvəz edilməsi çərçivəsində 73 modul tipli məktəb quraşdırılıb. Ölkə başçısı bildirib ki, bu il bölgələrdə 137 modul tipli məktəb tikiləcək. Bu məktəblərin tikintisi, demək olar ki, bölgələrdə qəzalı vəziyyətdə olan məktəblərin problemini həll etmiş olacaq. Bakı şəhərində isə yay aylarında ondan çox məktəb əsaslı təmir ediləcək. Ölkə başçısının yeni sərəncamı bir daha dövlətin təhsilə olan diqqət və qayğının göstəricisidir.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərinin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info