İbrahimbəyov özü qazdığı quyuya necə düşdü...
Tarix: 25.05.2018 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


“Rüstəm İbrahimbəyov üçün ən faciəlisi odur ki, o, özü uydurma erməni yalanına şərik oldu”

Moskvada yaşayan yazıçı Rüstəm İbrahimbəyov artıq bir neçə dəfədir ki, atdığı qərəzli addımlarla cəmiyyətin qınaq obyektinə çevrilir. Xatırlatmaq yerinə düşər ki, hələ bir neçə il əvvəl İbrahimbəyov müsahibəsində Azərbaycanda hansısa bir “uğurdan danışmağın mənasız” olduğu, “köhnə Bakının tamamilə silindiyi”, ölkədə “ziyalı elitasının olmadığı” kimi iddialar irəli sürərək qeyri-obyektiv açıqlamalar vermişdi. Bu da ictimaiyyətin müzakirəsinə səbəb olmuşdu. İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmi onun necə “ziyalı” olduğunu büruzə verir. Erməni “elita”sının həsrətində olan ssenarist, görünür, özünü ovutmaq üçün bu cür ssenari yazıb. Onun Azərbaycanın əleyhinə yönəlmiş “Qafqaz üçlüyü” filmi artıq diasporumuzun da narazılığına səbəb olub.
Rusiyada Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev “Palitra”ya bildirdi ki, Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi, ermənin fırıldaq “tarixinə” yanacaq tökərək, bir az da irəli getməsinə təkan vermək deməkdir: “Çünki illərdir xaricdə yaşayan ermənilər bütün dünyanı inandırmaq istəyirlər ki, onlar məzlum bir millətdilər, tarix boyu türk zülmünə məruz qalıblar. Bu filmin çəkilməsi isə tamamilə ermənilərin uydurduğu yalan tarixə, bir azərbaycanlı (türk) tərəfindən könüllü şəkildə etiraf etməsidir. Beləliklə də, Qarabağ məsələsində ermənilərin "sülhsevər" olması, biz azərbaycanlıların aqressor şəkildə göstərilməsi, dünya erməni təşkilatlarının uydurduğu versiyanı da təsdiqləyir. Çünki dünya erməni təşkilatları Qarabağ müharibəsi başlayan gündən erməni xalqının bu müharibəni zülmün altından azad olması ideologiyası ilə başlatdığını iddia edirlər. Onlar öz uydurma tarixlərinə əsaslanaraq azərbaycanlıların Sumqayıtda, Bakıda, Gəncədə ermənilərə qarşı törətdiyi terrora məruz qaldıqlarından, Qarabağa məcburi qaçaraq sığınacaq üçün müharibəyə başladıqlarını söyləyirlər. Əlbəttə ki, bu, dünyaya ixrac olunan növbəti erməni yalanlarından biridir”.
Şamil Tağıyev dedi ki, bizim içimizdən bəzi insanların erməni yalanını öz əsərləri ilə “təsdiq”ləmələri təəssüfləndirici haldır: “Bunun isə xainlikdən başqa, adı yoxdur. Rüstəm İbrahimbəyov üçün ən faciəlisi isə odur ki, indi o, özü uydurma erməni yalanına şərik oldu. Bu şəriklik isə Qarabağda tökülən hər bir damla məsumun qanına şərik olmaq deməkdir”.

“İbrahimbəyov əbədi olaraq Azərbaycan tarixində özünün xain obrazını yaratdı”

“Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli isə bildirdi ki, Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqını zülmkar, erməniləri isə humanist xalq kimi təqdim etməsi Azərbaycan millətinə, milli dəyərlərinə xəyanətdir: “2013-cü il seçkilərində “milli şura” bu xəyanətkarın prezidentliyə namizədliyini irəli sürmüşdü. R.İbrahimbəyov o zaman müxalifəti də aldatdı.
Elxan Mirhəşimlinin sözlərinə görə, tanınmış bir insanın son 100 ildə ermənilərin, rusların azərbaycanlılara etdikləri zülmü görməzdən gəlməsi utancverici haldır: “Yaxşı olardı ki, R.İbrahimbəyov türk xalqının ermənilər tərəfindən soyqırımına məruz qalmasına ssenari yazıb, film çəkərdi. 20% torpaqlarımızın işğal olunmasını, 1 milyon qaçqınlarımızı dünyaya yayardı”. Elxan Mirhəşimli öz vətəninə, xalqına bu qədər nifrətin R.İbrahimbəyovda nədən qaynaqlandığını anlaya bilmədiyini deyir: “İbrahimbəyov əbədi olaraq Azərbaycan tarixində, 50 milyon Azərbaycan türkü qarşısında özünün xain obrazını yaratdı. O, erməni sevdasını büruzə verməklə, özü qazdığı quyuya özü düşdü...”

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info