“İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar“
Tarix: 25.05.2018 | Saat: 01:14:00 | E-mail | Çapa göndər



Beynəlxalq Mətbuat Mərkəzində yazıçı, publisist Bəxtiyar Qaraca və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının müəllifi olduğu "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar" kitabının təqdimat mərasimi keçirilib. Kitabın ön sözlərinin müəllifi "Kaspi" qəzeti və "Kaspi Təhsil Mərkəzi"nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva və Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovdur.
Kitabın təqdimat mərasimində çıxış edən Mətbuat Şurasının sədri Ə.Amaşov bildirib ki, Azərbaycan xalqı hər zaman Şərqdə ilk demokratik respublika yaradan xalq olması ilə fəxr edib. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının 100 illik tarixində ən böyük hadisədir. Ə.Amaşov qeyd edib ki, kitabda son iki əsrdə milli məfkurəni, özünədərki, azadlıq ideyasını, istiqlal hərəkatını formalaşdıran, proseslərə liderlik edən şəxsiyyətlərin həyat və fəaliyyəti öz əksini tapıb: “Elmi-publisistik, tarixi oçerklər toplusu olan əsərin əsas ana xətti istiqlal məfkurəsinin daha geniş təbliği və mühafizəsidir".
Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş bildirib ki, Azərbaycan hələ 100 il əvvəl Şərqdə ilk demokratik respublikanı yaradan, demokratik dəyərlərin bünövrəsini qoyan ilk respublikadır. Z.Hernyeş qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verilməsi, mətbuat azadlığı, parlamentdə həmkarlar ittifaqlarının təmsil olunması ilə bağlı qərarın qəbul olunması mühüm addımlardan idi. Z.Hernyeş deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 60-dan çox qəzet nəşr olunurdu: "Onların əksəriyyəti Azərbaycan dilində nəşr edilirdi. İlk nəşr edilən qəzetlərdən biri olan "Musavat" insanların bərabərliyini təlqin edirdi. Məhəmməd Əmin Rəsulzadə də bu qəzetin yazarlarından biri olub. Nəsillər öz tarixi biliklərinə yiyələnməklə inkişaf etməyə qadirdirlər. Xalqlar öz köklərinə bələd olduqda onların qarşısında daha geniş səhifələr açılır. Bu gün təqdim olunan kitab da Azərbaycan xalqına bir töhfədir”.
"Kaspi" qəzeti və "Kaspi Təhsil Mərkəzi"nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirib ki, 5000 illik dövlətçilik tarixinə sahib olan Azərbaycan xalqının müstəqillik salnaməsinə bir əsr əvvəl yeni bir səhifə əlavə olunub:
"O möhtəşəm gündən bizi 100 illik bir məsafə ayırır. Həmin dövrün maraqlı faktlarını təqdim edən müəlliflər Azərbaycan Xalq Cümhuriyyətinin əksər mərhələlərini ümumiləşdirərək hadisələrin xronoloji ardıcıllığını qoruyub saxlamağa çalışıblar. Maraq doğuran cəhətlərdən biri də budur ki, müəlliflər siyasi rejimlərin, dövlət idarəçilik formalarının dəyişikliyinə fərq qoymadan Azərbaycan Xalq Cümhuriyyəti faktına bütöv bir istiqlal epoxası kimi yanaşıblar".
S.Vəliyeva deyib ki, Azərbaycanın hər yerində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilir: "Məni sevindirən həm də odur ki, bu hadisə orta məktəblərdə qeyd olunur. Mən bu kitabın ərsəyə gəlməsinə görə "Veysəloğlu" Şirkətlər Qrupuna təşəkkür edirəm. Burada dövlətçiliyin təşəkkül tapması, milli məfkurənin formalaşmasında əsas rol oynayan insanlar barədə məlumatların verilməsi, bu tarixin araşdırılması bizim tariximizə olan hədiyyədir. Bu kitabda böyük bir tarix açılıb".
Professor Cahangir Məmmədli bildirib ki, hər sətrində tarix olan "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar" kitabı Cümhuriyyət dövrünün əksər mərhələlərini elmi yanaşmadan çox bədii salnamə dilinə çevirib.
Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, kitabda kifayət qədər yeni faktlar var: "Bizim 5000 illik dövlətçilik tariximizdə ya sülalə, ya da tayfa əsasında yaranan dövlətlər olub. Amma Cümhuriyyət milli məfkurə ilə yaradılmış bir dövlət olub. Biz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisiyik”.
Mətbuat Şurasının üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, bu gün Azərbaycanda Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi insanların öz içindən gəlir: "Bu gün bu hadisə orta və ali məktəblərdə geniş qeyd edilir. Bu da bizi sevindirir".
Kitabın müəlliflərindən biri olan tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı isə bu işdə zəhməti olan hər kəsə dərin təşəkkürünü bildirib: "23 aylıq Azərbaycan Xalq Cümhuriyyətinin hər ayına yox, hər gününə kitab yazmaq olar. Bu dövr Azərbaycan tarixinin iftixar yeridir".

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info