Yeni ailə qurmaq istəyən gənclərin genetik müayinəsi aparılır
Tarix: 10.06.2013 | Saat: 22:01:00 | E-mail | Çapa göndər


Azərbaycanda yeni ailə qurmaq istəyənlər və yeni doğulmuş uşaqların genetik müayinəsinin aparılmasına başlanılıb.
Azərbaycanda ilk dəfə olaraq, bu xidmətlərin təşkil edildiyi Respublika Müalicə Diaqnostika Mərkəzinin genetik-mütəxəssisi, biologiya elmləri doktoru, tibbi genetika sahəsində uzun müddət tədqiqatlar aparmış Elxan Rəsulov bildirib ki, genetik müayinələr nəticəsində həmin şəxslərdə irsi patologiyanın olub-olmadığı öyrənilir. Əgər müayinə edilən şəxsdə irsi xəstəliyin daşıyıcılığı varsa, onda onun hansı irsiyyət tipinə aid olduğu, həmin patologiyanın gələcək nəsildə təsadüfetmə riskinin nə dərəcədə olacağı müəyyənləşir. Bunun əsasında həmin patologiyanın qarşısının hansı formada alınmasının mümkünlüyü araşdırılır.
Azərbaycanda irsi qan xəstəliklərinin çox olmasına təəssüflənən E.Rəsulov ailə qurmaq istəyən hər bir şəxsin, xüsusilə qohum olan gənclərin evlənməmişdən əvvəl genetik müayinədən keçməsini çox yaxşı hal sayıb: "Tələbələrim arasında keçirdiyim sorğu əsasında da məlum oldu ki, onların 18-19 faizinin valideynləri bir-birləri ilə qohumdurlar. Bizə müraciət edənlərin əksəriyyəti də qohumlar-xala oğlanları, xalaqızları və s. olurlar. Onlar gələcək övladları üçün narahat olaraq, bu müayindən keçirlər". Genetik deyib ki, yenidoğulmuşların genetik müayinəsinin aparılması üçün onların dünyaya gəldiyi 3-cü gündə dabanlarından qan analizi götürülür. Bunun nəticəsində həmin uşaqda anadangəlmə hipotirodizmin, fenilketonuriya və qalaktozemiya maddələr mübadiləsi və s. xəstəliklərin olub-olmadığı öyrənilir. E.Rəsilov genetik müayinəsinin aparıldığı xəstəliklərin müalicəsinin mümkün olduğunu da əlavə edib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info