Senator: “Azərbaycan regionda və dünyada mühüm rol oynayır”
Tarix: 25.05.2018 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


ABŞ-ın Los Anceles şəhərində Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş geniş tədbir keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə mayın 23-də keçirilən tədbirdə 400-dən çox qonaq, o cümlədən Azərbaycan icmasının üzvləri, Kaliforniya ştat rəsmiləri, Dövlət Departamentinin nümayəndələri, müxtəlif xarici ölkələrin Los Ancelesdə akkreditə olunmuş baş və fəxri konsulları, seçkili orqanların üzvləri, tanınmış elm və mədəniyyət xadimləri, o cümlədən Hollivud aktyoru Çiç Marin (Cheech Marin), jurnalistlər, həmçinin dost yəhudi, türk, Pakistan, İran, Koreya, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər.
 
Konsulluqdan  verilən məlumata görə, tədbir Azərbaycan və ABŞ-ın dövlət himnlərinin ifası ilə başlayıb.
 
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev hər kəsi bu xüsusi və möhtəşəm yubiley mərasimində görməkdən çox məmnun olduğunu bildirib. O, 100 il əvvəl, 28 may 1918-ci il tarixində Azərbaycan xalqının tariximizin ilk respublikası olan Azərbaycan Demokratik Respublikasını (ADR) yaratdığını və bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib. Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı məlumat verən baş konsul bu gün Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycanın regionun ən güclü iqtisadiyyata malik dövlətinə çevrildiyini, qlobal önəmə malik enerji və nəqliyyat layihələri həyata keçirdiyini diqqətə çatdırıb. N.Ağayev Azərbaycanda uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini bildirib. Azərbaycan və ABŞ arasında münasibətlərin ADR nümayəndə heyətinin Prezident Vudro Vilson ilə 1919-cu ildə Parisdə keçirdiyi görüşdən öz başlanğıcını götürdüyünü qeyd edən baş konsul bu gün bu əlaqələrin ortaq dəyərlərə əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.
 
Sonra çıxış edən Kaliforniya Ştat senatoru Coş Nyuman ADR-in 100 illiyinə həsr olunmuş bu əlamətdar yubiley mərasimində iştirakdan şərəf duyduğunu bildirərək, Azərbaycan xalqını və Kaliforniyadakı Azərbaycan icmasını bu gözəl gün münasibətilə təbrik edib. Azərbaycan-ABŞ dostluğunu və tərəfdaşlığını yüksək qiymətləndirdiyini qeyd edən senator Azərbaycanın regionda və dünyada mühüm rol oynadığını və iki dövlət arasındakı münasibətlərin qarşıdakı illərdə daha da güclənəcəyinə ümid etdiyini bildirib. Senator Nyuman ADR-in 100 illiyi ilə əlaqədar Kaliforniya Senatı adından müvafiq təbriknaməni baş konsul Nəsimi Ağayevə təqdim edib.
 
Sonra Nevada ştatının Las Veqas şəhərinin Protokol ofisinin rəhbəri Geyl Anderson və Kaliforniyanın Monterey Şəhər Şurasının sabiq üzvü Nensi Selfric çıxış edərək, bu tarixi yubiley münasibətilə Nevada ştatının qubernatoru Brayan Sandoval, Las Veqas şəhərinin meri Karolin Qudman və Monterey şəhərinin meri Klayd Roberson tərəfindən imzalanmış təbrik bəyannamələrini baş konsul N.Ağayevə təqdim ediblər.
 
Bundan başqa qeyd olunub ki, bu yubiley münasibətilə Kaliforniya ştatının qubernatoru Cerri Braun, Kaliforniyanın Qərbi Hollivud, Yorbal Linda və Salinas şəhərləri, Nyu Meksika ştatının Santa Fe və Albukerke şəhərləri və Los Anceles vilayətinin Nəzarətçilər Şurası tərəfindən imzalanmış müvafiq təbrik bəyannamələri də Baş Konsulluğa göndərilib.
 
Tədbir azərbaycanlı gənc vokalist Nail Qurbanovun ifasında Azərbaycan musiqisindən nümunələr və rəqs ustaları, əməkdar artist Namus Zöhrabov, Olqa Zöhrabova və Ləman Musayevanın ifasında Azərbaycan rəqsləri ilə davam edib. Qonaqlar həmçinin Azərbaycan mətbəxinin müxtəlif təamları ilə tanış olublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info