Aşıqlar Birliyindən yeni layihə
Tarix: 25.05.2018 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


İndiyədək bir sıra uğurlu layihələrə imza atan Azərbaycan Aşıqlar Birliyində “Koroğlu havaları” vətənçilik, dövlətçilik və qəhrəmanlıq düşüncəsini daşıyan milli-mədəni dəyərlər kimi” adlı yeni layihənin həyata keçirilməsi istiqamətində iş aparılır. Bu barədə redaksiyamıza Birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verən verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarında Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcək layihə çərçivəsində respublikamızın müxtəlif guşələrində yaşayan istedadlı aşıqların arasında seçim aparılaraq, onlardan “Koroğlu havaları”nın ən yaxşı ifaçısı olan 15 nəfər aşıq seçilməsi nəzərdə tutulur. Bu zaman musiqi (aşıq havaları) ilə yanaşı, aşıqların ifa edəcəkləri mətnlərin – qoşma və gəraylıların seçiminə də xüsusi diqqət yetiriləcək. Hər ifaçının ifa edəcəyi aşıq havası və oxuyacağı şeir müəyyən edildikdən sonra onların ifaları studiyada lentə alınacaq. Daha sonra həmin ifalar xüsusi bir albom şəklində hazırlanaraq ictimaiyyətə təqdim olunacaqdır.
Artıq alboma daxil ediləcək aşıq havalarının müəyyənləşdirilməsi və həmin havaları ifa edəcək aşıqların seçilməsi istiqamətində işə başlanılıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
“Atam, anam və mən”
18.06.2019
MİDA: Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək
17.06.2019
Səyyar “ASAN xidmət” əhaliyə xidmətini davam etdirir
15.06.2019
İnstitut işçi axtarır
15.06.2019
Müstəqil sosial müdafiə sisteminin qurucusu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info