“Mübariz” filminin çəklişlərinə bu ilin yay aylarında başlanılacaq
Tarix: 25.05.2018 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Film Azərbaycan və Türkiyənin ortaq layihəsi olaraq təqdim olunacaq. Həm Azərbaycanda, həm də Türkiyədə insanlar Milli Qəhraman Mübariz İbrahimova həsr olunan bu filmin çəkilişlərini səbirsizliklə gözləyirlər. Təşkilatçılaradan verilən məlumata görə filmdə rol alacaq aktyorların əksəriyyətinin hal-hazırda Türkiyədə gedən serillarda rol almasına görə həmin serialların fasiləyə çıxmasını gözləyirlər ki, “Mübariz” filminin çəkilişlərinə başlaya bilsinlər. Qeyd edək ki, “Mübariz” filminin ssenarisinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində baxılıb və bəyənilib. Buna görə də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin icazəsi ilə bu fimin çəkilişləri yalnız Türkiyənin “Renk Medya” şirkətinə həvalə olunub. Şəhid Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun filmin çəkimləri və hansı şirkətin çəkəcəyi ilə bağlı şəxsi razılığı da alınıb. Nazirlik rəsmi olaraq filmə təşkilatı dəstəkçidir. Filmin maliyyə məsələsini isə iş adamı Fərhad Əhmədov öz üzərinə götürdüyünü bildirib. Özü xaricdə yaşasa da və biznesinin böyük hissəsi xaricdə olsa da daima ölkəmiz və dövlətimiz üçün əməli fəaliyyətləri olan, iş adamı Fərhad Əhmədov bu filmin maliyyə məsələsinin həll olmasını öz öhdəsinə götürdüyünü bildirərək qeyd edib ki: “Biz bu filmi çəkərək bir daha dünyaya cənab Prezidentin rəhbərliyi ilə güclənən Azərbaycanın ordusunun və gənclərinin gücünü göstərmiş olacağıq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info