ADA Universitetində AXC-nin 100 illiyi münasibətilə beynəlxalq konfrans təşkil edilib
Tarix: 25.05.2018 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Mayın 25-də ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilib.
Universitetin rektoru Hafiz Paşayev konfransı açaraq Cümhuriyyətin tarixindən və gördüyü böyük işlərdən danışıb.
Tədbirdə çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yerindən və rolundan bəhs edib. O deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında yaradılmış ilk demokratik respublika idi. Cümhuriyyətimiz o vaxt həyata keçirdiyi islahatlarla hətta Qərb ölkələrini də qabaqlamışdı. Qadınların səsvermə hüququ təmin edilmişdi. Milli kimliyi yaratmaq üçün təhsil önəmli hədəflərdən birinə çevrilmişdi. Müasir respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin fundamental dəyərləri əsasında mövcudluğu çox önəmlidir.
Nazir qeyd edib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan böhranla, Ermənistanın təcavüzkar siyasəti ilə üzləşdi. Ermənistanın təcavüzkarlıq, etnik təmizləmə siyasəti nəticəsində ərazimizin 20 faizi işğal edildi, bir milyon soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz bütün sahələrdə inkişaf yoluna qədəm qoydu. Bu gün Azərbaycan sürətlə inkişaf etsə də, torpaqlarımızın işğal altında olması hələ də ən böyük problem olaraq qalır.
Nazir vurğulayıb ki, Azərbaycan indi dünyada siyasi-iqtisadi baxımdan etibarlı müttəfiqə çevrilib. Həyata keçirilən layihələr Azərbaycanı dünyada enerji istehsalçısı, tranzit ölkə kimi tanıdıb. Bizim Şərq və Qərb arasında olan mühüm rollarımızdan biri də multikulturalizmdir. Bu gün Azərbaycan dünyada həm də multikultural məkan kimi tanınır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info