Qafqaz İslam Ordusunun yubileyi qeyd edilib
Tarix: 25.05.2018 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Qafqaz İslam Ordusu” adlı tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil müşaviri Mahmud Ağırman, Mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi, universitetin müəllim və tələbələri iştirak ediblər. Qeyd edək ki, tədbir ADPU-da təhsil alan türkiyəli tələbələrin İdarə Heyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin azadlığı, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib. Tədbirdə qeyd edilib ki, 31 Mart soyqırımından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına kömək etmək məqsədilə Osmanlı dövləti tərəfindən yaradılmış Qafqaz İslam Ordusunun 100-cü ildönümüdür.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. İki qardaş ölkə bir çox sahələrdə, o cümlədən elm və təhsil sahəsində uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlıqda fəal iştirak edən ADPU Türkiyənin müxtəlif universitetləri ilə beynəlxalq simpoziumlar, konfranslar və digər elmi tədbirlər həyata keçirir. ADPU gələcəkdə bu əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Rektor çıxışının sonunda tədbirin təşkilatçılarına təşəkkür edib və uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil müşaviri Mahmud Ağırman, Mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi, türkiyəli tələbələrin İdarə Heyətinin sədri Hakan Köseyi Qafqaz İslam Ordusunun Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınlarının qarşısının alınmasındakı rolundan və Dağıstan müsəlmanlarına göstərdiyi köməkdən geniş danışıblar.
Tədbirdə Qafqaz İslam Ordusu Hərəkatının 100-cü ildönümü ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib, tələbə-gənclər şeirlər səsləndiriblər. “Savalan” qrupunun bədii rəhbəri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Nicat Novruzlu mahnılar ifa edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info