“Özünüməşğulluq proqramı ölkəmizin işsizliyə, yoxsulluğa qarşı olduqca effektli bir proqramıdır”
Tarix: 25.05.2018 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


“Dövlət məşğulluq orqanlarının beynəlxalq standartlara cavab verən yeni xidmət modeli formalaşdırılmalı, özünüməşğulluq proqramı genişləndirilərək, bütün ölkə boyu icra olunmalıdır”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhalinin məşğulluğu sahəsində siyasətin və icra mexanizmlərinin təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin və özünüməşğulluq proqramının səmərəliliyinin artırılması məsələlərinə dair müşavirə keçirilib.
Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin və onun yerli orqanlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən müşavirədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasında əhalinin məşğulluğunun təminatı xüsusi yer tutur və milli iqtisadiyyatın dayanıqlı inkişafı şəraitində ötən dövrdə bu sahədə mühüm irəliləyişlər əldə edilib. Məşğulluğun təminatında məşğulluq orqanlarının da rolu artmalıdır. Ölkəmizdə əhalinin təbii artım tempinin mövcud olduğu şəraitdə əmək bazarına daxil olan işçi qüvvəsi artır və məşğulluq orqanlarının fəaliyyəti də bu dinamikaya uyğun qurulmalıdır.
Məşğulluq orqanlarının fəaliyyətinin nəticələrinin, o cümlədən işsiz və işaxtaran kimi qeydə alınmış insanların məşğulluğunun təmin edilməsi göstəricilərinin qənaətbəxş olmadığını qeyd edən S.Babayev bildirib ki, Dövlət Məşğulluq Xidmətinin fəaliyyətində səmərəliliyin, eyni zamanda, şəffaflığın, sosial ədalətin tam təmin olunması, aktiv məşğulluq tədbirlərinin keyfiyyətinin yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi, məşğulluq xidməti orqanlarının kadr potensialının artırılması və s. vacib vəzifələrdəndir. Hər bir məşğulluq orqanının fəaliyyətinin qiymətləndirilməsi mexanizmi də olmalıdır. Ümumilikdə, dövlət məşğulluq orqanlarının beynəlxalq standartlara cavab verən yeni xidmət modeli formalaşdırılmalıdır.
Nazir bu və digər müvafiq istiqamətlər üzrə hədəflərə nail olunması məqsədilə təkliflərin hazırlanması üçün nazirlikdə İşçi qrupunun yaradıldığını diqqətə çatdırıb. O qeyd edib ki, məşğulluq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin, o cümlədən özünüməşğulluq proqramının səmərəliliyinin artırılması, əhatə dairəsinin genişləndirilməsi, ünvanlılığının təmin edilməsi və bu tədbirlərin əlaqələndirilməsi mexanizminin, bacarıqların inkişafı sisteminin yaradılması, qeyri-formal və informal təhsil vasitəsi ilə əldə edilən səriştələrin tanınması sisteminin formalaşdırılması və s. üçün İşçi qrupu tərəfindən təkliflər hazırlanaraq, bir ay ərzində təqdim edilməlidir.
S.Babayev vurğulayıb ki, dövlət başçısının təşəbbüsü və müvafiq Sərəncamı ilə həyata keçirilən özünüməşğulluq proqramı təkcə məşğulluq xidmətinin deyil, ümumən ölkəmizin işsizliyə, yoxsulluğa qarşı olduqca effektli bir proqramıdır. Ona görə də bu proqramın şəffaf və səmərəli icrası, onun əhatə edəcəyi aztəminatlı ailələrin sayının bu il 7 min nəfərə çatdırılması və gələcək illərdə isə daha da artırılması qarşıda duran vacib vəzifələrdəndir. İlk növbədə ünvanlı dövlət sosial yardımı alan ailələrin əmək qabiliyyətli üzvlərinin özünüməşğulluq proqramına cəlb olunmasına diqqət yetirilməlidir.
Peşə hazırlığının təşkili işlərindən bəhs edən S.Babayev qeyd edib ki, bu sahədə işlər gücləndirilməlidir. İşsiz və işaxtaran şəxslər bir çox hallarda peşə hazırlığı kurslarına cəlb olunmaları üçün uzun müddət gözləməli olurlar ki, vətəndaşlarda narazılıq yaradan belə hallar aradan qaldırılmalıdır. Eyni zamanda, işlə təmin edilmək üçün müraciət edən insanlara qayğı və həssaslıqla yanaşılmalı, bu müraciətlərin müsbət həlli üçün işəgötürənlərlə əməkdaşlıq müstəvisində səylər artırılmalıdır. Digər tərəfdən, məşğulluq xidmətləri, o cümlədən işsizlik sığortası ilə bağlı geniş maarifləndirmə və izahat işlərinin aparılmasına xüsusi diqqət yetirilməlidir. Hər bir Məşğulluq Mərkəzinin binasında bununla bağlı vətəndaşlar üçün maarifləndirici lövhələr də olmalıdır.
Nazir sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlar üçün kvota üzrə iş yerlərinin ayrılması sisteminin təkmilləşdirilməsinin, məşğulluq sahəsində vahid elektron məlumat bazasının, əmək bazarına dair monitorinq və proqnozlaşdırma sisteminin qurulmasının və s. vacib vəzifələrdən olduğunu, bununla əlaqədar da konkret təkliflərin hazırlanacağını bildirib. S.Babayev diqqətə çatdırıb ki, rayon (şəhər) Məşğulluq Mərkəzləri də fəaliyyət zamanı qarşılaşdıqları problemlər, çətinliklər barədə nazirliyə məlumatlar, aktiv məşğulluq tədbirlərinin səmərəli təşkili ilə bağlı təkliflər versinlər.
Müşavirə zamanı məşğulluq orqanlarının fəaliyyətinin nəticələri ətraflı təhlil edilib, nöqsan və çatışmazlıqlar qeyd olunub, S.Babayev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info