“Azərbaycan Cümhuriyyəti gənclərin gözü ilə”
Tarix: 25.05.2018 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Prezident yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Cümhuriyyəti gənclərin gözü ilə” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Oktay Səmədov 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Bilik Fondunun gördüyü çoxşaxəli işlər haqqında məlumat verib. Fondun nəzdində fəaliyyət göstərən “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun koordinatoru, Fondun əməkdaşı Elnarə Əliyeva “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun birillik fəaliyyəti ilə bağlı hesabat verib, klubun üzvləri, onların çoxsaylı tədbirlərdəki iştirakı barədə məlumatı diqqətə çatdırıb.
Cümhuriyyət dövrünün tədqiqatçılarından Bakı Dövlət Universitetinin Tarix fakültəsinin professoru, tarix üzrə elmlər doktoru Anar İsgəndərli “Müsəlman Şərqində ilk Respublika”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin professoru, tarix üzrə elmlər doktoru Xəqani Məmmədov “Şərq dünyasının ilk Xalq Cümhuriyyəti”, AMEA Tarix İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov “Azərbaycan Cümhuriyyəti azərbaycançılığın inkişafında mühüm mərhələ kimi” mövzusunda məruzələrlə çıxış ediblər. Konfransda Bilik Fondunun bir illiyini qeyd edən “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri də məruzələrlə çıxış ediblər. BDU-nun məzunu, Cəlilabad Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Orxan Əzimov “Qadınların Cümhuriyyət dövründə ictimai həyatda rolu”, Tarix fakültəsinin II kurs magistrantı Aygün İsmayılova “Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı: Əks-inqilabla Mübarizə Təşkilatı”, ADPU-nun Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Feyruz Xəlilov “AXC-Osmanlı münasibətləri”, Azərbaycan Universiteti Tarix fakültəsinin II kurs tələbələri Tünzalə Kazımova və Ruslan Ağakişiyev “Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil məsələləri” mövzusunda məruzə ediblər. Müzakirələrdən sonra konfransda fəal iştirak edən alimlərə və klub üzvlərinə Fondun təşəkkürnamələri təqdim edilib. Sonda “Salnamə” kinostudiyasının istehsalı olan “Parisdən məktublar” sənədli filmi nümayiş olunub.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır
14.06.2019
Bakıda dəhşət: Jurnalistin qızı və arvadı özünü 10-cu mərtəbədən atdı
14.06.2019
“Carlsberg Azerbaijan” ETSN qarşılıqlı anlaşma haqqında memorandum imzaladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info