Azərbaycan Xalq Cümhuriyyəti - şərəf və ləyaqət tariximiz
Tarix: 25.05.2018 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


UNEC-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan respublika elm-praktik konfransı keçirilib.
Konfrans iştirakçıları öncə UNEC-də nümayiş olunan Azərbaycan İstiqlal Muzeyinin eksponatlarından ibarət fotosərgi ilə tanış olublar. Sərgidə Cümhuriyyətin qurucularının, əsgər və zabitlərinin, o cümlədən dövrün əhəmiyyətli sənədlərinin fotoları yer alıb. UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov bildirib ki, müsəlman Şərqində ilk parlamentli demokratik Cümhuriyyətin yaradılmasının 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi tariximizə və müstəqilliyimizə böyük ehtiramın təcəssümüdür.
Millət vəkili, tarixçi alim Fəzail İbrahimli Xalq Cümhuriyyətinin yaradılmasını bütövlükdə Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsi adlandırıb. Ümummilli lider Heydər Əliyevin indiki müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etdiyini vurğulayan F.İbrahimli 2018-ci ilin Cümhuriyyət ili elan olunmasını Azərbaycanın müstəqillik tarixinə göstərilən diqqətin nümunəsi adlandırıb. UNEC-in Humanitar fənlər kafedrasının professoru Nizami Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsindən danışıb. “Azərbaycan Xalq Cümhuriyyəti - milli iqtisadiyyatın formalaşması təşəbbüsləri” mövzusunda çıxış edən UNEC-in rektorunun müşaviri, dosent Elşən Bağırzadə AXC dövründə aparılan iqtisadi islahatlardan söz açıb. O, AXC-nin qısa zaman kəsiyində milli iqtisadiyyatın formalaşdırılması istiqamətində çox böyük uğurlara imza atdığını diqqətə çatdırıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib
22.01.2019
Snayperçilərimiz ən çətin atışları icra edib
22.01.2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info