Müstəqillik dövründə 11 Amnistiya aktı, 64 əfv sərəncamı icra olunub
Tarix: 26.05.2018 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Müstəqillik əldə etdikdən sonra ölkədə müxtəlif sahələrdə qəbul edilən qanun və qərarlar dövlətin inkişafına, vətəndaşların maddi-rifah halının yaxşılaşdırılması ilə yanaşı, həmçinin humanizm ideyalarının təbliğinə yönəlib. Ulu öndər Heydər Əliyev daim yüksək humanizm, şəxsiyyətə inam və hörmət, insanpərvərlik prinsiplərini önə çəkib. Bu baxımdan, 1993-cü ildə ölüm hökmü cəzasının tətbiqi üzərində moratoriumun qoyulması, 1998-ci il fevralın 10-da Şərqdə ilk dəfə olaraq bu hökmün ləğv edilməsi ulu öndərin yüksək humanizminin təzahürü kimi diqqətəlayiqdir. Heydər Əliyev 1998-ci il fevralın 10-da ölüm hökmünün ləğvi barədə fərman imzalamaqla, Azərbaycanı sivil Avropa dövləti kimi görmək niyyətini bir daha nümayiş etdirdi. Müqayisə üçün bildirək ki, həmin vaxt, hətta Avropa Şurasının üzvü olan bəzi dövlətlər belə, bu addımı atmamışdı. Bəzi iddiaların əksi olaraq ölüm hökmü cəzasının ləğvi tərbiyəvi məzmun kəsb edərək, ağır və xüsusilə ağır cinayətlərin sayının azalmasına gətirib çıxardı. Ulu öndərin hər bir fərdin mənafeyinin əsas götürüldüyü hüquqi dövlət quruculuğu prinsiplərinə həssas münasibətinin əyani təcəssümü olaraq, son illərdə Azərbaycanda məhkumların əfv edilməsi - bağışlanması təqdirəlayiq ənənəyə çevrilib.
Ulu öndərin 4 may 1995-ci il tarixli fərmanı ilə Əfvetmə İnstitutunun bərpası və Prezident yanında Əfv Komissiyasının yaradılması bu istiqamətdə atılmış mühüm addım olub. Şəffaf və demokratik əsasda fəaliyyət göstərən komissiyada ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiliyinə lazımi şərait yaradılıb, əfv fərmanlarının imzalanması və məhkumların bağışlanması müsbət ənənəyə çevrilib. Ötən dövr ərzində məhkum olunmuş şəxslərə həm də amnistiya aktlarının tətbiqi yolu ilə humanist münasibət göstərilib. Məhkumun cəza çəkməkdən azad edilməsi, yaxud cəzanın daha yüngül cəza ilə əvəz edilməsini nəzərdə tutan Amnistiya aktının tətbiqi, humanizmin və cinayət törətmiş şəxslərə göstərilən etimadın təzahürü kimi dəyərləndirilə bilər. Azərbaycanda müntəzəm olaraq qəbul edilən əfv və Amnistiya fərmanları, həm də ölkəmizdə dövlətçilik sütunlarının möhkəmliyini sübuta yetirir.
Ulu öndər Heydər Əliyevin cəzanın humanistləşdirilməsi ilə bağlı siyasətini inamla davam etdirən Prezident İlham Əliyev də törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtmasına, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşmasına, bir daha cinayət əməli törətməməsinə çalışır. Bu istiqamətdə mövcud göstəriciyə görə, Azərbaycan dünyanın ən aparıcı demokratik ölkələrini də qabaqlayır. Prezident İlham Əliyevin mütəmadi olaraq imzaladığı əfv fərmanları Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır. Mütəmadi imzalanan əfv fərmanları həm də təkcə məhkumların deyil, onların yaxınlarının, doğmalarının arzularını reallığa qovuşdurur, onların dövlət və cəmiyyət qarşısında məsuliyyət hissini artırır. Xüsusən də, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirən məhkumlar, ölkə başçısının bu yüksək humanizmindən nəticə çıxarmağa, bir daha səhv yola düşməməyə çalışırlar. Müntəzəm olaraq imzalanmış əfv fərmanları Azərbaycanın demokratik imicini daha da gücləndirir. Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə parlamentdə bir neçə Amnistiya aktı qəbul edilib. M.Əliyevanın bu humanist addımı da Azərbaycanın demokratik inkişafını təmin etmək məqsədilə qarşıya qoyulan strategiyanın tərkib hissəsidir.
Ölkə başçısı tərəfindən bu günlərdə məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalanıb. Bununla da 607 məhkum azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub. Bundan başqa, 9 məhkum şərti azadlıqdan məhrumetmə, 6 məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib. Sərəncam ümumilikdə 634 nəfərə şamil olunub. Qeyd edək ki, bu, 64-cü əfv sərəncamıdır.
İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova bildirib ki, Azərbaycan yeganə ölkədir ki, qısa müddətdə, yəni respublikamızın müstəqilliyi dövründə 11 Amnistiya aktı, 64 əfv sərəncamı icra olunub. Bu, çox böyük göstəricidir. E.Süleymanova bildirib: “Bu gün biz əlamətdar və həyəcanverici bir gün yaşayırıq. Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla 634 məhkum əfv edilib. Biz dövlətimizin başçısının imzaladığı əfv sərəncamının icrasını yüksək səviyyədə həyata keçirdik. Sonuncu əfv sərəncamı ilə azadlığa buraxılan 634 məhkumdan 72-si ombudsmanın vəsatəti, təklifi ilə əfv olunub. Ümid edirik ki, əfv olunan şəxslər öz səhvlərindən nəticə çıxaracaqlar”.
Ölkə başçısının növbəti əfv sərəncamı vətəndaşlarımız tərəfindən bir daha humanizm ideyalarının təbliği, şəxsiyyətə inam və hörmətin bariz nümunəsi olmaqla təqdirəlayiq hal kimi qəbul edilir. Qeyd edək ki, əfv sərəncamının icrası dünən başa çatıb.

Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info