“Mənəvi dəyərlərinə arxa çevirənlərin aqibəti acınacaqlı olur və heç vaxt bağışlanmır”
Tarix: 26.05.2018 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Son günlər Azərbaycan cəmiyyətində Rüstəm İbrahimbəyovun xalqımızı aşağılayan "Qafqaz üçlüyü" filminin ssenarisini yazmasına qarşı kəskin reaksiyalar çoxalıb. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov da Rüstəm İbrahimbəyovun filminə münasibət bildirib. O deyib: “Bir xalqın özünəməxsus düşüncə və həyat tərzi, dili, adət-ənənələri, dəyər və normaları onun milli kimliyinin əsasını təşkil edir. Bu kimliyi qorumaq və inkişaf etdirmək həmin kimliyin çətiri ətrafında toplanan hər kəsin müqəddəs borcudur.
Azərbaycan xalqının milli kimliyinin, dolayısı ilə mənəvi-əxlaqi keyfiyyətlərinin, mədəniyyətinin, dünyagörüşünün müdafiəyə ehtiyacı yoxdur. Tarixə nəzər saldıqda görürük ki, xalqımız hər zaman o dövrün mütərəqqi düşüncə tərzinə sahib olmuş və bunun nəticəsidir ki, xalqımızın izləri yaxın və uzaq coğrafiyamızın yaddaşına həkk olunub.
Şirvandan Ərdəbilə, Dərbənddən Hələbə, Bağdaddan Hindistana, İrəvandan Təbrizə uzanan bu izlər xalqımızın ulu və şanlı tarixinin aynasıdır. Məhz bu izlər sayəsindədir ki, əsrlərin ən keşməkeşlisi olan 20-ci əsrdə Azərbaycan xalqı 100 illiyini qeyd etdiyimiz, müsəlman Şərqində ilklərə imza atan Cümhuriyyəti qurmuş və əsrin sonlarında müasir dünyaya inteqrasiyanı hədəfləyən müstəqil Azərbaycan dövlətini bərqərar etmişdir.
Xalqımızı birləşdirən azərbaycançılıq ideologiyası mənəvi dəyərimizdir. Ancaq elələri vardır ki, bizi birləşdirən dəyərlərə nankorcasına xəyanət edir. R. İbrahimbəyovun çəkdiyi “Qafqaz üçlüyü” adlı bədnam film də belə xəyanətin ən pis nümunələrindəndir və xalqımızın haqlı narazılığına səbəb olub. Mənəvi dəyərlərinə arxa çevirənlərin aqibəti acınacaqlı olur və heç vaxt bağışlanmır.
Bir gölə daş atanda orada meydana gələn dalğa getdikcə böyüyür və həmin gölün sərhədlərini aşır. Əvəzində isə o daş göldə batır. Rüstəm İbrahimbəyov kimi dönüklərin xalqımızın milli-mənəvi kimliyinə atdığı daşların aqibəti də belədir. Atılan hər bir daş şanlı kimliyimizin dərinliyində yox olmağa məhkumdur”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info