“AXC: gənclərin Azərbaycan həqiqətlərinin tanıdılmasında sosial mediada fəallığı“ adlı tədbir keçirilib
Tarix: 26.05.2018 | Saat: 03:01:00 | E-mail | Çapa göndər


​Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü ilə əlaqədar ". Etika Akademiyasında baş tutmuş tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı fikirlərini əls etdirən videoçarx nümayiş etdirildi. Daha sonra tədbiri giriş sözü ilə açan AGAT sədri Lalə Mehdiyeva Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixində ən şanlı səhifələrdən olduğunu bildirdi. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu xatırladan AGAT sədri bildirdi ki, 23 ay yaşamasına baxmayaraq, müsəlman Şərqində ilk demokratik ölkə olan AXC xalqımızın milli oyanaşının nəticəsində meydana gəldi. Onun sözlərinə görə, bu gün AXC ənənələrini davam etdirən müstəqil Azərbaycan dövlətinin yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilib. "Bu günki gənclik xoşbəxtdir ki, müstəqil Azərbaycanın vətəndaşlarıdır. Gəncliyimiz sevindirici haldır ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində müxtəlif tədbirərdə Azərbaycanı layiqincə təmsil edir, Azərbaycan həqiqətlərinin və nailiyyətlərinin yayılmasında mühüm rol oynayır. Bu, xüsusilə sosial mediada, vurtual aləmdə özünü göstərir."-deyə AGAT sədri Lalə Mehdiyeva əlavə etdi. "Xalq qəzeti"nin əməkdaşı, sosial media üzrə ekspert Əfsanə Bayramqızı müasir dövrdə informasiya texnologiyalarının inkişafının nəticəsi kimi sosial medianın, virtual aləmin gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrildiyini vurğuladı. O qeyd etdi ki, sosial şəbəkələr artıq informasiya siyasətində, eləcə də insanların operativ məlumat əldə etməsində, ictimai rəyin formalaşmasında müəyyəb rol oynayır. Müxtəlif sosial şəbəkələrin, xüsusilə də "Facebook" və "Twitter"in gənclər arasında populyar oıduğunu qeyd edən Əfsanə Bayramqızı dünya informasiya sferasında "Twitter" sosial platformasının üstünlüklərindən danışdı. O qeyd etdi ki, məhz gənc azərbaycanlı istifadəçilərin fəallığı nəticəsində Azərbaycanın nailiyyətləri, ölkədə baş verən ən mühüm yeniliklər, xüsusilə də Qarabağla bağlı həqiqətlər dünyaya çatdırılır. O, sonda gəncləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məlumatların müxtəlif dillərdə sosial mediada ən yüksək səviyyədə yayılmasına çağırdı. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin hər bir azərbaycanlı üçün qürurverici hadisə olduğunu biıdirdi və qeyd etdi ki, AXC-nin yaradılması ilə Azərbaycab xalqı bütün dünyaya dünyəvi demokratik dövlətçiliyini ortaya qoydu və öz müstəqilliyini beynəlxalq ictimiyyətə bəyan etdi. Onun sözlərinə görə, AXC-nin yüz illiyi həm də dünyanın müxtəlif yerlərinə səpələnmiş soydaşlarımız üçün ən mühüm əlamətdar hadisədir. 28 May günü soydaşlarımızı milli həmrəylik, dövlətçiliyə sevgi duyğuları birləşdirir. Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində könüllü olaraq keçirilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyası barədə geniş məlumat verən Fuad Hüseynzadə bildirdi ki, bu kampaniya çərçivəsində müxtəlif ölkələrdə yaşayan diaspor fəalları, həmvətənlərimiz Azərbaycan xalqını AXC-nin 100 illiyi münasibəti ilə videoçarx vasitəsilə təbrik etmişlər. Onun sözlərinə görə, bu video təbriklər sosial mediada, eləcə də mətbuatda geniş marağa səbəb olub. "Bu gün sosial şəbəkə istifadəçisi olan hər bir gəncimiz həm də virtual diaspor olaraq təbliğatçısı, Azərbaycan həqiqətlərinin yayımçısıdır. Odur ki, gələcəkdə də Azərbaycan həqiqətlərinin yayılmasında gənclərin üzərinə böyük məsuliyyət və vəzifə düşür. İnanıram ki, Azərbaycan gəncləri bu etimadı doğruldacaqlar." Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Əkbər




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info