“Qarabağ münaqişəsinin ədalətli həlli üçün Fransa səylərini əsirgəməyəcək“
Tarix: 26.05.2018 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
APA-nın xəbərinə görə, məktubda deyilir: "Cənab Prezident.
Azərbaycanın milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səadət və firavanlıq diləməkdən və səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram
Azərbaycanın 1918-ci ildə bəyan edilmiş və 1991-ci ildə bərpa olunmuş müstəqilliyinin yüz illiyini qeyd etdiyi bir vaxtda, stabil, müasir və çiçəklənən belə bir dövlət qurmaq üçün adətən çətin keçilən yol mənə bəllidir.
Ölkələrimiz arasında bütün sahələrdə əlaqələri möhkəmləndirməkdə qətiyyətli olduğuma Sizi əmin etmək istərdim. Azərbaycan gələcək çağırışların həllində və Avropa İttifaqı ilə yaxınlaşmanın davam etdirilməsində daim Fransanın dəstəyinə arxalana bilər.
Eyni zamanda, icazə verin, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, ədalətli və dayanıqlı həlli yolunun nəhayət tapılması üçün Minsk Qrupunun həmsədri kimi Fransanın bütün səylərini əsirgəməyəcəyini bir daha vurğulayım.
Cənab Prezident, iyul ayının sonunda Sizinlə Parisdə görüşmək ümidindəyəm. Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info