Əfqanıstan Azərbaycanın İKT təcrübəsini öyrənəcək
Tarix: 10.06.2013 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


Azərbaycanda səfərdə olan Əfqanıstanın kommunikasiya və informasiya texnologiyaları naziri Əmirzai Sanginin başçılıq etdiyi 26 dövlət rəsmisindən ibarət nümayəndə heyəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində görüş keçirib. Görüşdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkə iqtisadiyyatının inkişaf etdiyini, o cümlədən İKT sahəsində əldə olunan nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verib.
Nazir bildirib ki, Azərbaycan İKT sahəsində əldə etdiyi təcrübəni Əfqanıstanla bölüşməyə hazırdır: «Azərbaycan və Əfqanıstan arasında münasibətlər yaxşıdır və biz İKT sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirmək niyyətindəyik. Əfqanıstan Azərbaycanın tətbiq etdiyi «Elektron hökumət» layihəsindən, o cümlədən «Azerspace-1» sputnikindən yararlana bilər». Ə.Abbasovun sözlərinə görə, hazırda ölkədə İKT-nin digər sahələrində tətbiqi istiqamətdə irimiqyaslı işlər həyata keçirilir. Öz növbəsində Ə.Sangin bildirib ki, hazırda Əfqanıstanda stabillik artır, ölkə iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən İKT sektorunda yeni layihələr həyata keçirilir: “Biz İKT sahəsində bir sıra nailiyyətlər əldə etmişik. Lakin buna baxmayaraq sahədə xeyli boşluqlar mövcuddur ki, bunu aradan qaldırmalıyıq. Eyni zamanda biz ölkədə “Elektron hökumət” layihəsini geniş tətbiq etmək niyyətindəyik”. Hazırda Əfqanıstanda təhsil, səhiyyə və İKT kimi sahələrin inkişaf etdiyini söyləyən Ə.Sangin əlavə edib ki, təxminən 10 il əvvəl bu sahələrdə durğunluq müşahidə olunurdu: “Məsələn, 10 il öncə Əfqanıstanın müxtəlif şəhərlərində yalnız 15 min stasionar telefon xətti vardı və bunlarda bir-biri ilə bağlanmamışdı, yəni şəhərlərarası telefon bağlantısı mövcud deyildi. Hazırda isə artıq Əfqanıstan əhalisinin təxminən 70%-i stasionar telefona malikdir və artıq şəhərlərarası bağlantı var”. Əfqanıstanlı nazir həmçinin qeyd edib ki, hazırda ölkədə uşaqlar nəzərə alınmasa, bütün əhali mobil telefona sahibdir: «Ölkədə 5 mobil rabitə operatoru fəaliyyət göstərir və bunlardan üçü 3G xidmətləri göstərir. Yaxın 1,5 ilə 3G şəbəkəsinin əhalinin 80%-ni əhatə edəcəyini gözləyirik. Bununla yanaşı, hazırda ölkə ərazisində fiber-optik xətlərin çəkilişi həyata keçirilir». Ə.Sangin onu da bildirib ki, Əfqanıstan İKT sahəsində Azərbaycan təcrübəsindən yararlanmaq, Azərbaycanda yeni texnologiyaların istifadəsi və tətbiqini öyrənmək niyyətindədir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info