Ölkəmizin ucqar bölgələrində müəllimlərə daha çox ehtiyac
Tarix: 27.05.2018 | Saat: 03:37:00 | E-mail | Çapa göndər


Son vaxtlar ölkəmizin ucqar bölgələrində müəllim kimi çalışmağa yollanan istedadlı gənclərimizin sayı artmaqdadır. Gənc müəllimlər ucqar bölgələrdə, hətta dağ kəndlərində adət etmədikləri şəraitdə yaşayaraq təkcə şagirdlərə dərs deməklə kifayətlənmir, məktəblilərin asudə vaxtlarının səmərəli təşkilində, digər faydalı fəaliyyətlərlə də məşğul olmalarında mühüm rol oynayırlar. Belə istedadlı gənclərdən biri də Seymur İbrahimovdur.
AZƏRTAC-ın əməkdaşı ilə söhbətində Seymur İbrahimov 1995-ci ildə Bakıda anadan olduğunu bildirib. 2017-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirən Seymur elə həmin il müəllimlərin işə qəbulu imtahanından uğurla keçdikdən sonra Lerik rayonunun ucqar dağ kəndi olan Lərməruddakı tam orta məktəbə təyinat alıb. O, hazırda həmin məktəbdə fiziki tərbiyə müəllimi işləyir.
Ucqar kənddə müəllim işləməyin hələ tələbəlik illərindən arzusu olduğunu vurğulayan istedadlı gənc deyib ki, kənd mühitində oxuyan şagirdlərin şəhərdə təhsil alan məktəblilərə nisbətən müəllimə daha çox ehtiyacı var. Mən də məhz bu səbəbdən ucqar dağ kəndində işləməyi qərara aldım. Müəllim təkcə uşaqlara hansısa fənni tədris etməklə kifayətlənməməlidir. Müəllim uşaqlara doğru yol göstərən, onların qayğısına qalan, məktəblilərə dost, sirdaş olan şəxsə deyirlər. Mənim üçün birinci növbədə şagirdlərimlə dost olmaq daha önəmlidir.
2008-ci ildən cüdo ilə məşğul olan Seymur İbrahimov Lərmərud kəndində məktəbdənkənar cüdo bölməsi də yaradaraq, şagirdlərin idmanın bu növünün sirlərinə yiyələnməsinə çalışır.
“Lerikdə ilk dəfə cüdo idman növü üzrə bölməni mən yaratdım. Bu rayondan ilk cüdoçular məhz mənim işlədiyim Lərmərud kəndində yetişiblər. Cəmi iki ay məşq etməyimizə baxmayaraq, gənc cüdoçuları Bakıda təşkil olunan klublararası yarışa gətirdim və iki cüdoçumuz qızıl medal qazandı. Azərbaycan Cüdo Federasiyasının dəstəyi sayəsində Lerik rayonunda cüdonun inkişafı üçün daha geniş tədbirlər görülə bilər”, - deyə Seymur İbrahimov əlavə edib.
Yetirmələri arasında istedadlı gənclərin olduğunu qeyd edən Seymur İbrahimov deyib: “Mən müəllimlikdən əlavə, uşaqlarla birgə sosial fəaliyyətlərlə də məşğul oluram. Məsələn, bizim yeni “Sən soruş mən deyim” adlı layihəmiz var. Bu layihənin əsas məqsədi ucqar kəndlərdə təhsil alan şagirdlərə Azərbaycanı tanıtdırmaqdır. Artıq layihəmizin altıncı bölümünü çəkəcəyik və demək olar ki, xeyli izləyicimiz var. Hətta layihəmizin sonuncu bölümündə Azərbaycanın tanınmış qazilərindən olan Kamil Musəvi də iştirak edib. Bundan əlavə ,şagirdlərlə birgə gəzintilər, pikniklər, müxtəlif əyləncəli tədbirlər təşkil edirik”.
Seymur İbrahimov Azərbaycan dövlətinin ucqar kəndlərdə işləyən müəllimlərə xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd edərək buna görə minnətdarlığını bildirib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info