XİN Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar bəyanat yayıb
Tarix: 27.05.2018 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Xarici İşlər Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar bəyanat yayıb.
AZƏRTAC-a daxil olan bəyanatda deyilir:
1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə müsəlman dünyasında ilk parlament demokratiyası - Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin suveren ərazisi 114 min kvadrat kilometr idi.
İmperiyanın çöküşündən sonra meydana çıxan ağır daxili və xarici problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti səmərəli dövlət təsisatları qurmağa, vətəndaşlarının hüquqlarını müdafiə etməyə və beynəlxalq ictimaiyyətin etibarını qazanmağa müvəffəq oldu. Universal seçki hüququ, eləcə də qadınların səsvermə hüququ təmin edildi.
Hökumət cavabdehlik və səlahiyyətlərin bölgüsü əsasında formalaşdı və Azərbaycan parlamenti ilk növbədə bütün müsəlman Şərqində demokratik yolla seçilmiş, çoxpartiyalı və təmsilçiliyin təmin olunduğu qanunverici orqan idi. İki illik fəaliyyəti dövründə cümhuriyyət beş icraedici kabinet tərəfindən idarə olunub, parlament 155 iclas keçirib və 240-dan çox qanun layihəsini müzakirə edib. Dövlət quruculuğu prosesinin digər zəruri sütunu parlament və nazirlər kabinetinin səlahiyyətlərini yoxlayacaq müasir məhkəmə sistemi yaradaraq Apelyasiya Palatasının təsis edilməsi oldu.
Yeni formalaşmış cümhuriyyət təhsilə xüsusi diqqət göstərərək Bakı Dövlət Universitetinin əsasını qoydu. Cümhuriyyətin üzləşdiyi iqtisadi və siyasi çətinliklərə baxmayaraq, yüzlərlə gənc insana Avropanın qabaqcıl universitetlərində təhsil almaq üçün təqaüdlər verməklə uzunmüddətli insan kapitalına sərmayə qoyuluşuna çalışdı. Azərbaycan dili rəsmi dövlət dili elan edildi, milli üçrəngli bayraq və himn qəbul edildi, müasir teatr və opera təsis edildi. Azərbaycanın poçt markaları çap edildi və milli Azərbaycan valyutası - Manat dövriyyəyə buraxıldı.
İstiqlal Bəyannaməsində təsbit olunduğu kimi bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə dost münasibətlər yaratmaq Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edildi.
Diplomatik sahədə əsas irəliləyiş Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyətinin Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq müstəvidə tanınmasına nail olmaq məqsədilə Parisə səfər etməsi ilə əldə edildi. Paris Sülh Konfransındakı nümayəndə heyətinin üzvləri azadlıq, hüquq və ədalət ideyalarına sadiq olmaları ilə xarici nümayəndələri heyrətləndirdilər. Azərbaycanın müstəqilliyinin yekdil de-fakto tanınmasına müvəffəq olundu və Azərbaycan missiyası Paris Sülh Konfransının Ali Şurasına dəvət aldı.
Tanınma məsələsi həll olunduqdan sonra hökumətin diqqəti səriştəli diplomatik korpus quruculuğuna yönəldi.
1919-cu ildə Azərbaycan diplomatiyası ilk addımlar atanda, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukrayna daxil olmaqla, 16 dövlətin Bakıda diplomatik missiyası fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri və baş konsulluqları Türkiyə, İran, Gürcüstan, Ukrayna, Ermənistan və digər ölkələrdə təsis edilmişdi.
1920-ci ilin aprelində bolşeviklərin işğalı ilə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üzləşdiyi çətinliklər, o cümlədən Ermənistanın ərazi iddiaları və Azərbaycana qarşı müharibəyə başlaması, mürəkkəb geosiyasi fitnə-fəsadlar və iqtisadi-sosial problemlər 1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasını da əhatə etdi.
Ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasət dərin tarixi və mədəni yaddaşımızı oyatmaqla, eləcə də müstəqilliyimizin və dövlətçiliyimizin qorunub saxlanılması və gücləndirilməsi üçün möhkəm əminlik aşılamaqla milli kimlik hissini inkişaf etdirdi. Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətini yüksək qiymətləndirən Azərbaycan xalqı bu il öz müstəqilliyinin 100 illik yubileyini fəxrlə və xüsusi bayram əhval-ruhiyyəsi ilə qeyd edir.
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Sərəncam imzalaması, həmçinin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi göstərilənlərin təzahürüdür.
Bu gün müstəqil, suveren və demokratik Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında öz uğurlu və effektiv idarəçiliyi ilə əldə etdiyi sosial-iqtisadi və insan kapitalı inkişafı, nailiyyətləri və beynəlxalq münasibətlərdə rolu və nüfuzu ilə Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını və məramlarını reallığa çevirir. Əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları sağ olsaydılar, bugünkü Azərbaycan Respublikası ilə fəxr edərdilər.
Ümummilli lider Heydər Əliyevin kəlamı ilə desək, “Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info