Azərbaycan və Fransa arasında yüksək iqtisadi əlaqələr mövcuddur
Tarix: 27.05.2018 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Uzun müddət idi ki, Fransanın xarici işlər naziri Azərbaycana səfərə gəlmirdi. Mənim bu səfərim Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsinə təsadüf etdiyi üçün əlamətdardır. Bu il Azərbaycan və Fransa prezidentlərinin qarşılıqlı səfərləri gözlənilir. Bu da iki ölkə arasındakı əlaqələrin nə dərəcədə yüksək olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında deyib.
Jan-İv Lö Drian qeyd edib ki, Azərbaycan və Fransa arasında yüksək iqtisadi əlaqələr mövcuddur. İqtisadiyyatın bir çox sahələrində yaxşı perspektivlər var. Bir çox sahələrdə iqtisadi əlaqələrin daha da gücləndirilməsi istiqamətində danışıqlar aparılır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da danışıqlar davam etdirilir. Mövcud status-kvo münaqişənin həll variantı hesab edilə bilməz.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Bu günlərdə AXC-nin 100 illiyi qeyd ediləcək. AXC-nin Fransaya göndərdiyi bir çox tələbələr bu ölkənin müxtəlif ali təhsil müəssisələrində təhsil alıblar. Azərbaycanda 50-də çox Fransa şirkəti fəaliyyət göstərir. Bu şirkətlər arasında TOTAL-ı xüsusi qeyd etmək istərdim.
Elmar Məmmədyarov fransalı nazirlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinin də müzakirə edildiyini diqqətə çatdırdı.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info