XİN Paşinyanın oğlunun Azərbaycanın işğal olunmuş ərazilərində hərbi qulluq keçməsi xəbərinə münasibət bildirib
Tarix: 27.05.2018 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


"Ermənistan rəhbərliyinin bu kimi populist addımlar atmaq əvəzinə Ermənistanın üzləşdiyi köklü sosial-iqtisadi problemlərin və Ermənistan-Azərbaycan münaqişəsinin həlli barədə ciddi fikirləşməsi daha faydalı olardı"

Eyforiya dövrü artıq başa çatmaq üzrə olan Ermənistanın Baş nazirinin öz oğlunu Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçməyə göndərməsini növbəti populizm cəhdi kimi qiymətləndiririk. Ermənistan Respublikası vətəndaşlarının digər dövlət olaraq Azərbaycanın işğal olunmuş ərazilərində hərbi qulluq keçməsi beynəlxalq hüququn norma və prinsiplərinin və hətta Ermənistan qanunlarının kobud pozulmasıdır.
AZƏRTAC xəbər verir ki, bunu Ermənistan Baş nazirinin oğlunun Azərbaycanın işğal olunmuş ərazilərində hərbi qulluq keçməsi barədə məlumata münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Bildirib ki, Ermənistan rəhbərliyi bu addımı ilə Azərbaycanın ərazilərinin işğalına görə beynəlxalq hüququ məsuliyyətin tam şəkildə Ermənistanın üzərinə düşdüyünü bir daha təsdiq edir. Belə ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsi olaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanması davam edir.
Ermənistan vətəndaşları, xüsusilə gənclər təhsil və yaradıcı fəaliyyətlə məşğul olmaq əvəzinə, öz həyatlarının ən formativ dövrünü Azərbaycanın işğal olunmuş ərazilərində səngərlərdə keçirməyə və işğalçı missiyada xidmət etməyə vadar edilirlər.
Ermənistan rəhbərliyinin bu kimi populist addımlar atmaq əvəzinə, Ermənistanın üzləşdiyi köklü sosial-iqtisadi problemlərin və Ermənistan-Azərbaycan münaqişəsinin həlli, region ölkələri ilə sülh və mehriban qonşuluq vəziyyətində yaşamaq barədə ciddi fikirləşməsi əhalisi üçün daha faydalı olardı.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info