Daşınmaz əmlakla bağlı vergi inzibatçılığı sərtləşdirilməyəcək
Tarix: 10.06.2013 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


Vergi agentləri və transfert qiymətləri haqqında qanunlar hazırlanır
Azərbaycan və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) arasında anlaşma memorandumu imzalanacaq. Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib. Onun sözlərinə görə, təşkilat ilk olaraq Azərbaycanı tərəfdaş seçib: «İki il əvvəl Azərbaycanla təşkilat arasında sıx əməkdaşlıq qurulub. Bunun məntiqi nəticəsi olaraq belə anlaşma memorandumu layihəsi hazırlanıb».
Nazir müavini qeyd edib ki, memorandumda əsasən məlumat mübadiləsi, müxtəlif seminarların keçirilməsi, bilik və bacarıqların mübadiləsi nəzərdə tutulur. Onun sözlərinə görə, yaxın müddətdə prosedur məsələlər həllini tapdıqdan sonra tərəflər sənədi imzalayacaq. S.Ələkbərov əlavə edib ki, memorandum İƏİT-in Vergi İnzibatçılığı və Siyasəti Mərkəzinin direktorunun Azərbaycana səfəri çərçivəsində imzalanacaq. Nazir müavini qeyd edib ki, Azərbaycanda daşınmaz əmlakın vergiyə cəlb edilməsi ilə bağlı vergi inzibatçılığının sərtləşdirilməsi nəzərdə tutulmur. Onun sözlərinə görə, hazırda Azərbaycanda ümumi vergi daxilolmalarında daşınmaz əmlak vergilərinin payı başqa ölkələrlə müqayisədə azdır: «Elə ölkələr var ki, bu sahədə vergi daxilolmaları 40-50%-ə çatır. İtaliya, İngiltərə və bir sıra digər ölkələr bu sahədə ciddi nailiyyətlər əldə edib». Bununla yanaşı, nazir müavini bu sahədə yeniliklərin əmlak bazarına mənfi təsir edə biləcəyini qeyd edib: «Biz bunu Azərbaycanda indi tətbiq etsək, ölkənin daşınmaz əmlak bazarına ola bilsin ki, mənfi təsir göstərəcək. Azərbaycanda daşınmaz əmlak bazarı indi-indi formalaşıb. Ona görə bu məsələdə tələskənliyə yol vermək olmaz». S.Ələkbərovun sözlərinə görə, bəzi MDB ölkələri daşınmaz əmlakın vergiyə cəlb olunması qaydalarını sərtləşdirməyə çalışsalar da, ciddi irəliləyişə nail ola bilməyib: «Qazaxıstan, Rusiya və digər ölkələri buna misal gətirmək olar». Nazir müavini bildirib ki, bu sahədə yeniliklərin tətbiqi bir qədər zaman tələb edəcək: «Ölkədə əmlak sahibkarlığı formalaşandan sonra bunu etmək mümkün olacaq. Ona görə lazımdır ki, ölkədə əmlak münasibətləri tam oturuşsun və bundan sonra əmlak sahiblərinin vergiyə cəlb edilməsi o qədər də çətin olmayacaq». Sahib Ələkbərov bildirib ki, Azərbaycanda vergi sahəsində iki yeni qanun layihəsi hazırlanır. Layihələrdən biri transfert qiymətləndirilməsi ilə bağlıdır: «Bu, ölkəmiz üçün yeni və çətin tətbiq olunan sahədir». Bundan başqa «Vergi agentləri haqqında» qanun layihəsi hazırlanıb. Nazir müavini bildirib ki, yeni qanun ölkədə vergi agentlərinin fəaliyyətini tənzimləyəcək. Onun sözlərinə görə, əslində vergi agentləri qeyri-rəsmi şəkildə indi də fəaliyyət göstərirlər: «Bəzi şəxslər müəyyən ödəniş müqabilində vergi ödəyicilərinə müxtəlif məsələlərdə köməklik edirlər - bura mühasibatlığın aparılması, bəyannamələrin doldurulması, məsləhət və s. məsələlər aiddir. Belə şəxslərin fəaliyyətini rəsmiləşdirmək üçün qanun layihəsi üzərində iş gedir».
Cavidan




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info