“Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə nikbinliklə və əminliklə baxırıq“
Tarix: 29.05.2018 | Saat: 12:47:00 | E-mail | Çapa göndər


"Bu il Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi sürətli templə artır".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunan mərasimdə çıxış edən Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov bildirib
Onun sözlərinə görə, bu gün Rusiya ilə Azərbaycan arasında yüksək səviyyədə intensiv siyasi dialoq parlamentlər tərəfindən tamamlanır: “Hər iki ölkənin parlamentləri beynəlxalq parlament meydançalarında fəal əməkdaşlıq edərək ikitərəfli münasibətlərə böyük töhfə verirlər. Bu il ikitərəfli ticarətin həcmi sürətli templə artır. Enerji, nəqliyyat, innovasiya texnologiyaları, kənd təsərrüfatı sahələrində bir sıra iri strateji layihələrin reallaşdırılması ilə bağlı ciddi qarşılıqlı maraq var. Rusiyanın regionları ilə Azərbaycan arasında iqtisadi-ticarət, elmi-texniki və mədəniyyət sahəsində əməkdaşlıq əlaqələri mövcuddur".
Senator çıxışında Azərbaycan və Rusiya arasında humanitar sahədə də əməkdaşlığın inkişafına diqqəti yönəldib: "Rusiyada Azərbaycandan 15 minə yaxın tələbə təhsil alır. Rusiyanın ali təhsil müəssisələrinin Azərbaycan filialları uğurla fəaliyyət göstərir".
Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun iki ölkə arasında humanitar sahədə əməkdaşlığın bariz nümunəsi olduğunu söyləyən İ. Umaxanov növbəti forumun keçirilməsinə hazırlıq işlərinin görüldüyünü söyləyib: "Hazırda azərbaycanlı həmkarlarla növbəti, artıq VI foruma aktiv hazırlıq işləri aparılır. Forumun bu ilin oktyabr ayında keçirilməsi planlaşdırılır. Bizim gələcəkdə böyük və konkret planlarımız var. Sentyabrda Gəncə şəhərində 9-cu Regionlararası Forum və Moskvada hökumətlərarası komissiyanın 17-ci iclası keçiriləcək. Biz, Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə nikbinliklə və əminliklə baxırıq".




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info