“Azərbaycan Gürcüstan dostluğunun qiyməti yoxdur”
Tarix: 29.05.2018 | Saat: 12:53:00 | E-mail | Çapa göndər


“Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə çox böyük və iddialı nəqliyyat və enerji layihələri üzərində işləyirlər. İnanırıq ki, bu layihələr regionun gələcəyini daha parlaq edəcək və beynəlxalq əhəmiyyətli olacaq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubiley tədbirində deyib.
Baş nazir qeyd edib ki, keçən ilin avqustunda Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı oldu. Bu ilin iyununda isə TANAP-ın rəsmi açılışını planlaşdırırıq. Bu da Azərbaycan, Gürcüstan və Türkiyənin regional əməkdaşlığının daha bir nailiyyətidir.
Kvirikaşvili həmçinin, bildirib ki, Azərbaycan Gürcüstanın ən iri ticarət tərəfdaşı və investorlarından biridir və bu dinamika inkişaf edir”.
Azərbaycanın gürcü xalqına yardımlarına toxunan hökumət başçısı deyib: “Bizim ölkələrimiz arasındakı dostluğun qiyməti yoxdur. Azərbaycan son 10 ildə bizim enerji problemimizin həllində, təbii fəlakətlərin fəsadlarının aradan qaldırılmasında bizə çox böyük yardımlar edib, köməklik göstərib. Gürcü xalqı bunu heç zaman unutmayacaq”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info