Kardioloq ürək döyüntülərinə diqqətlə yanaşmağı tövsiyə edir
Tarix: 29.05.2018 | Saat: 12:55:00 | E-mail | Çapa göndər


Müasir dövrdə hər yaşda təngnəfəslik müşahidə olunur. Bəzən əhəmiyyət vermədiyimiz bu əlamət ürəkdə ciddi xəstəliyin fəsadı ola bilər. Təngnəfəslik ürəkdə dəlik (istər genetik, istərsə də sonradan yaranmış), ürək çatışmazlığı, həm də aritmiyalarla əlaqədar ola bilər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının kardioloq aritmoloqu İsmayıl Göyüşöv məlumat verib. ATU-nun məzunu olan İ.Göyüşov TUS imtahanından (Tibdə Uzmanlıq ) uğurla keçərək, Ankara Universitetinin kardiologiya şöbəsində uzmanlıq keçib. 2014-2017-ci illərdə Türkiyədə özəl xəstəxanada, daha sonra Almaniyada işləyən həkim orada daha çox aritmiyası olan xəstələrin müalicəsi ilə məşğul olub. Onun sözlərinə görə, son vaxtlar ürək döyüntüsü yüksək olan, ürəkkeçməsi, ürək çatışmazlığı olan xəstələr müraciət edənlər arasında üstünlük təşkil edir: “Bizim şöbəyə daha çox ürək döyüntüsündən şikayətlə bağlı müraciət edirlər. Belə xəstələri ilk olaraq EKQ və xolter müayinəsindən keçiririk. İyirmi dörd saatlıq xolter müayinəsində hər hansı bir ritm pozğunluğu müşahidə olunarsa, onda elektrofizioloji çalışma prosesinə bənzər metoda əl atırıq. Bu zaman qasıqdan orqanizmə daxil olub müəyyən ocaqları aktivləşdirmək, müalicə etmək, yandırmaq və ya soyutmaq üsulu tətbiq olunur. Müasir tibdə bu, ən mütərəqqi metodlardan hesab olunur. Biz də klinikamızda bu metodun tətbiqinə yenicə başlamışıq. Qeyd edim ki, Azərbaycanda cəmi bir neçə tibbi mərkəzdə bu əməliyyatlar tətbiq olunur. Bu məqsədlə şöbəmizə müasir cihazlar alınıb. Eyni zamanda, ürək çatışmazlığı olan xəstələrə defüblatorun və ürək pillərinin qoyulması da mümkündür”.
İ.Göyüşov qeyd edib ki, ürək döyüntüsü çox olan xəstələr, bəzən psixoloqa müraciət edirlər, bir müddət psixoloji müalicələr alırlar. Lakin çox vaxt bunun təsiri olmur, çünki araşdırdıqda həmin şəxslərdə ritm pozğunluğu müşahidə olunur. Qısamüddətli əməliyyatla bu problemdən ömürlük qurtularlar. Xəstələrdə qulaqcıq aritmiyası əksər hallarda ürəkgetmə baş verməsi nəticəsində aşkarlanır. Qulaqcıq aritmiyalarına əhali arasında daha çox rast gəlinir. Onun müalicəsi də effektivdir.
Mədəcik aritmiyaları zamanı mədəcikdə müəyyən ocaqlar aktivləşir. Bu ocaqlar normaldan fərqli atışlara səbəb olur. Belə ocaqların sayı çoxaldıqca insanda bir neçə il sonra ürək çatışmazlığı yaranır. Onun qarşısını almaq vacibdir.
Aritmoloq məsləhət görür ki, xəstələr təngnəfəslik, ürəkdöyünmə, ürəkgetmə hallarında mütləq həkimə müraciət etsinlər. Belə ki, hər yaşda təngnəfəslik ürəkdə ciddi xəstəliyin fəsadından xəbər verə bilər. Bu simptomlar ürəkdə dəlik, ürək çatışmazlığı, həmçinin aritmiyanın olduğuna dəlalət edə bilər. Yəni adi streslə, bir idman hərəkəti nəticəsində insanda nəfəs darlığı yaranarsa, deməli, həkim müayinəsindən keçmək lazımdır. İnfarktla aritmiyanın əlaqəsinə gəlincə, qeyd edilməlidir ki, birinci ikincinin səbəbi olur. İnfarkt sahəsində ölü toxumalar yaranır. Ölü toxumalarla normal toxumalar arasında potensiallar fərqi müxtəlif ciddi aritmiyalara gətirib çıxarır.
Kardioloq- aritmoloq İsmayıl Göyüşöv hər kəsi ürək problemlərindən xəbər verən əlamətlərə - təngnəfəslik, ürək döyüntülərinin güclənməsinə diqqətlə yanaşğa çağırır.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Uşaqlarda görmə problemlərinin riskini azaldan çox bəsit üsul
15.11.2018
Ürək üçün ən təhlükəli məhsul hansıdır?
13.11.2018
Səhiyyə Nazirliyi: Azərbaycanda qripə qarşı pulsuz peyvəndin edilməsi məqsədəuyğun sayılmır
13.11.2018
Yatağın altına sabun qoyun
10.11.2018
Səhiyyə Nazirliyindən hemofiliyalı xəstələrin dərmanla təminatında yaranmış problemlə əlaqədar açıqlama

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info