Putin 2015-ci ilə kimi xarici siyasət prioritetlərini açıqlayıb
Tarix: 10.06.2013 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


“MDB ölkələri ilə əməkdaşlığı inkişaf etdirmək, Gömrük İttifaqı çərçivəsində Avrasiya inteqrasiyasını dərinləşdirmək, Vahid İqtisadi Məkan və 2015-ci ilə kimi Avrasiya İqtisadi İttifaqının yaradılması Rusiya xarici siyasətinin vacib prioritetləridir”.
Bunu Rusiya prezidenti Vladimir Putin deyib. Federal icra hakimiyyəti orqanlarının fəaliyyət planları haqqında iclasda çıxış edən Vladimir Putin bildirib ki, Rusiyanın xarici siyasətinin məqsədi strateji xarakter daşıyır: “İlk növbədə ölkənin iqtisadi modernləşməsinin uzunmüddətli inkişafı üçün əlverişli şərait yaradılmalıdır. Dünya bazarında Rusiya biznesinin mövqeyini möhkəmləndirmək, xaricdə Rusiyanın mədəni və humanitar mövcudluğunu genişləndirmək lazımdır. Bu baxımdan bizim BMT çərçivəsində, “BRICS," Böyük 20-lər","Böyük 8-lər" və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində xüsusi əhəmiyyətli ikitərəfli əlaqələrimiz mövcuddur. Vacib prioritet isə bizim ən yaxın qonşularımız - MDB ölkələri ilə əməkdaşlığı inkişaf etdirmək, Gömrük İttifaqı çərçivəsində Avrasiya inteqrasiyasını dərinləşdirmək, Vahid İqtisadi Məkan və 2015-ci ilə kimi Avrasiya İqtisadi İttifaqının yaradılmasıdır”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info