“İki ölkə arasında sıx əməkdaşlıq var”
Tarix: 10.06.2013 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


Rusiyanın Gənclərlə iş üzrə Federal Agentliyinin sədr müavini: “Bu cür layihələrin həyata keçirilməsində əməkdaşlıq etməyə hazırıq”

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın təşəbbüsü ilə mayın 6-da “Bizim ümumi qələbəmiz” adlı layihə çərçivəsində Sankt-Peterburq-Bakı-Moskva marşrutu üzrə “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüş başlamışdı.
Rusiyanın Gənclərlə iş üzrə Federal Agentliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşün təşkil olunmasında məqsəd gənc nəslin vətənpərvərlik tərbiyəsi, MDB dövlətlərinin vətənpərvərlik cəmiyyətləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, İkinci Dünya müharibəsi və vətənimizin tarixinə marağın artırılmasından ibarətdir.
Marşruta əsasən, “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşün iştirakçıları Bakıya gəliblər. Bununla bağlı “Hilton Baku” mehmanxanasında mətbuat konfransı təşkil olunub. Gənclər və İdman Nazirliyinin əməkdaşı Elnur Abdullayev avtoyürüşün əhəmiyyətindən danışıb, iştirakçıların ölkəmizin dilbər guşələrindən olan Quba və Qəbələyə səfər etdiklərini bildirib, Azərbaycan və Rusiya arasındakı dostluq əlaqələrini yüksək qiymətləndirib.
Böyük Vətən müharibəsi veteranları Aleksandr Qriçin və Mariya Rzayeva İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycan xalqının öz şərəfli yeri olduğunu diqqətə çatdırıblar. Bildiriblər ki, müharibə başlananda respublikada orduya səfərbərlik ümumxalq hərəkatına çevrilib, Azərbaycandan ordu sıralarına 600 min nəfərdən çox insan səfərbərliyə alınıb, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəlib.
Qeyd edilib ki, müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər, Qafqaz uğrunda gedən şiddətli vuruşmalarda, partizan əməliyyatlarında, Berlin uğrundakı döyüşlərdə azərbaycanlılar igidlik göstəriblər. Göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunub, 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, tank qoşunları general-mayoru Həzi Aslanov isə bu ada iki dəfə layiq görülüb, 34 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib.
Natiqlər eyni zamanda Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində ölkəmizdə müharibə veteranlarının sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Rusiyanın Gənclərlə iş üzrə Federal Agentliyinin sədr müavini Yuri Sapıkin iki ölkə arasındakı sıx əməkdaşlıqdan danışıb, azərbaycanlılar və rusların İkinci Dünya müharibəsində rəşadətlə vuruşduqlarını diqqətə çatdırıb və “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşün əhəmiyyətini yüksək qiymətləndirib. Bundan sonra da bu cür layihələrin həyata keçirilməsində əməkdaşlıq etməyə hazır olduqlarını diqqətə çatdıran Y.Sapıkin Azərbaycanda yürüş iştirakçıları ilə veteranlar arasında görüşlərin təşkil olunmasının vacibliyini vurğulayıb. Sonra Böyük Vətən müharibəsi və “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşə həsr olunmuş videoçarx nümayiş olunub.
Sonda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclər və İdman Nazirliyinin birgə layihəsi olan Böyük Vətən müharibəsində azərbaycanlı veteranların göstərdikləri şücaətdən bəhs edən “Yaşayan tarix” filmi nümayiş olunub.
Anar




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Rusiyada sərnişin təyyarəsi qəza enişi edib, ölənlər və yaralananlar var
27.06.2019
Putin İnquşetiyanın yeni rəhbərini təyin edib
26.06.2019
Gürcü larisi tarixi minimumu yenilədi
26.06.2019
Rusiyaya tətbiq olunan sanksiyalar alman şirkətlərini müflis etdi
26.06.2019
Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 12:16
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info