Sosial müdafiə sistemində şəffaflıq və ədalətliliyin təmin edilməsi başlıca fəaliyyət prinsipləridir
Tarix: 29.05.2018 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Nazir sosial müdafiə sistemində şəffaflığın, ünvanlılığın və ədalətliliyin, eyni zamanda, bu sistemin sosial cəhətdən həssas qruplara əlçatanlığının təmin edilməsinin, vətəndaş məmnunluğuna nail olunmasının başlıca fəaliyyət prinsipləri olduğunu diqqətə çatdırıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna gələrək, burada mövcud iş mexanizmini, vəzifə və funksiyaların icra prosedurlarını nəzərdən keçirib.
Nazirlikdən verilən məlumata görə, S.Babayev Fondun bölmələrinin hər birinin fəaliyyəti, məcburi dövlət sosial sığorta iştirakçılarının qeydiyyata alınması və sığorta haqlarının uçotunun təşkili, büdcə proqrnozlaşdırmasının, sosial ödənişlərin, sosial xidmət və proqramların, büdcə icrasının uçotunun həyata keçirilməsi və s. istiqamətlərdə aparılan işlərlə yerindəcə tanış olub. Fondun əməkdaşları öz vəzifə funksiyalarının icrası ilə bağlı gördükləri işlər barədə nazirə məlumat veriblər.
S.Babayev Azərbaycan prezidenti İlham Əliyevin sosial inkişaf strategiyasına uyğun olaraq, sosial müdafiə sistemində şəffaflığın, ünvanlılığın və ədalətliliyin, eyni zamanda, bu sistemin sosial cəhətdən həssas qruplara əlçatanlığının təmin edilməsinin, vətəndaş məmnunluğuna nail olunmasının başlıca fəaliyyət prinsipləri olduğunu vurğulayıb. Nazir sosial sığorta, pensiya və müavinət təminatı sahəsində əhaliyə xidmətlərin əsasında da məhz bu prinsiplərin dayanmalı olduğunu diqqətə çatdırıb. 
Fondun fəaliyyəti ilə tanışlıq zamanı müvafiq sahələrdə iş mexanizmlərinin, inzibatçılığın innovativ yeniliklərin tətbiqi ilə təkmilləşdirilməsi, elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi məsələləri də müzakirə olunub, S.Babayev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.
 
Nazirliyin 142 “Çağrı mərkəzi”ndə də olan nazir burada vətəndaşların müraciətlərinin cavablandırılması prosesini izləyib. S.Babayev hər bir müraciətin operativ cavablandırılmasını, aidiyyatı qanunvericilik aktlarına istinad olunmaqla, vətəndaşlara sadə və aydın şəkildə izahatların verilməsini, “Çağrı mərkəzi”nin fəaliyyətinin daha da təkmil şəkildə qurulmasını tapşırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info