Azərbaycan Xalq Cümhuriyyətinin yubiley tədbirləri Haaqada davam edir
Tarix: 29.05.2018 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Dünən Nederland Krallığında fəaliyyət göstərən Azərbaycan Səfirliyinin binasında Azərbaycan Respublikasının yaranmasının 100 illiyi münasibətilə səfirliyin və Ümumdünya Azərbaycanlılarının Mədəniyyət Fondunun dəstəyi ilə Hollandiyada fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan-Nederland cəmiyyəti tərəfindən tədbir kecirilib. Tədbirdə həmyerlilərimizlə yanaşı hollandlar da iştirak ediblər.
Azərbaycan Demokratik Respublikası Dövlət Himninin səsləndirilməsindən sonra Azərbaycanın Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev cıxış edərək Azərbaycan Respublikasının yaranma tarixindən qısaca məlumat verərək bildirib ki, ötən əsrin əvvəllərində Şimali Qafqaz və Müsəlman Şərq aləmində ilk Demokratik Cümhuriyyət olan Azərbaycan Demokratik Respublikası ilk parlamentli dövlət olub.1918-ci il mayın 28-dən Tiflisdə fəaliyyətə başlayan AXC mövcud olduğu qısa müddət ərzində Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınıb, dünyanın bir cox ölkələri ilə səfirlik və nümayəndəliklər açaraq diplomatik münasibətlər yaradıb, bir cox tarixi əhəmiyyətli saziş və müqavilələrə imza atıb, müstəqil məhkəmə sistemi yaratmağa nail olub. Təəssüf ki, AXC-nin fəaliyyətti uzun sürməyib və Şimali Azərbaycan 1920-ci il aprelin 28-də bütün beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-in hərbi müdaxiləsi ilə rus-bolşevik qoşunları tərəfindən işğal edilərək zorla Rusiyaya tabe etdirilib. Nəhayət, 1991-ci ildə Sovet hakimiyyətinin dağılması nəticəsində SSSRİ-nin tərkibində olan digər xalqlar kimi Azərbaycan xalqı da öz müstəqilliyini yenidən bərpa etməyə nail oldu. Hazırki Azərbaycan Demokratik Respublikası 100 il öncə təməli qoyulan AXC-nin varisidir. Elə buna görədir ki, Azərbaycan prezidenti İlham Əliyev bu ili “Cümhuriyyət ili” elan edib və bu bayramın təntənəli şəkildə qeyd edilməsi barədə sərəncam imzalayıb.
Sonra “Odlar Yurdu” Azərbaycan-Nederland cəmiyyətinin rəhbəri Firəngiz Bağırova cıxış edərək tədbir iştirakçılarının bayramını təbrik edib: “Cəlal bəyin də qeyd etdiyi kimi, bu il prezident İlham Əliyev tərəfindən “Cümhuriyyət ili” elan edilib və bu münasibətlə silsilə tədbirlər davam edir. Bizim cəmiyyətimiz də öz növbəsində bu günü Hollandiyada da qeyd etmək qərarına gəlib və bu münasibətlə bu gün bura toplaşmışıq. Tədbirimizdə iştirak etdiyiniz üçün hamınıza təşəkkürümü bildirirəm. Bu gün bu bayramı bizimlə keçirən hollandlara isə vətənimiz haqqında qısaca informasiya vermək istərdim ki, Azərbaycan gözəl, modern və tolerant bir ölkədir. Xalqımızın mehribanlığı, qonaqpərvərliyi və sülhsevərliyi ölkəmizə gələn yabançıların diqqətini cəlb edir. Dövlətimiz prezident İlham Əliyevin rəhbərliyi altında uğurla idarə edilir, durmadan inkişaf edir, dünya ölkələri içərisində sayılıb secilir. Bu da 100 il öncə təməli qoyulan Azərbaycan Respublikasının etibarlı və layiqli əllərdə olduğunun bariz nümunəsidir. Mən də bir azərbaycanlı kimi, vətənimlə fəxr edirəm və bu qərib ölkədə ölkəmizin və dövlətimizin yaxşı işləri ilə tanınması üçün əlimdən gələni əsirgəmirəm. Düşünürəm ki, bu, hər birimizin borcudur”.
Sonra tədbir iştirakçılarına bayram münasibətilə “Odlar Yurdu” cəmiyyətinin sədri, vokalçı F.Bağırovanın Klankrijk Drente musiqi məktəbinin müəllim və şagirdləri ilə hazırladığı konsert proqramı təqdim edilib. Onlar Azərbaycanın tanınmış bəstəkarlarının əsərlərini skripka və royalda ifa ediblər. Tədbirdə eyni zamanda, Azərbaycandan gəlmiş Respublika və Beynəlxalq müsabiqələr laureatı, gənc pianoçu Ayan Məmmədli də Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini məharətlə ifa edib. Sonda vokalçı F. Bağırova görkəmli Azərbaycan bəstəkarlarının mahnılarından ibarət musiqi töhfəsini qonaqlara təqdim edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info