“Müstəqilliyi qorumaq, gələcək nəsillərə ötürmək borcumuzdur”
Tarix: 29.05.2018 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Azərbaycan-Qazaxıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri Adil Əliyev, Türk Hərəkat Partiyasının sədri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Enes İbrahim, Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar fikirlərini bölüşüblər. Millət vəkili Adil Əliyev müstəqilliyin böyük xoşbəxtlik olduğunu bildirdi: “Dünyanın xoşbəxt insanlarıyıq ki,müstəqil və güclü dövlətimiz var. Bu müstəqilliyi qorumaq, gələcək nəsillərə ötürmək bizim milli qeyrət borcumuzdur. Gənclərimiz milli dövlətçilik şüurunu ciddi qavramalı və onu dərindən sevməlidirlər. Dövlətimizin gələcəyi onların əlindədir. Bu gün bayramlarımızı işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda qeyd edə bilmirik. İnanıram ki,gec-tez orada bayramlarımızı qeyd edəcəyik. Buna tam gücümüz və potensialımız imkan verir. Yaşasın müstəqil və güclü Azərbaycanımız!”. Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev 26 mayda Gürcüstanın,28 may isə Azərbaycanın müstəqilliyinin Tiflisdə elan olunması əlamətdar tarixi hadisə olduğunu qeyd etdi. “İki dövlət müstəqilliklərinin qorunması uğrunda ciddi mübarizə aparıb. Hər iki ölkənin taleyində oxşarlıqlar var. Hər ikisinin 20 faiz torpaqları işğal olunub. Bu gün hər iki dövlət irəliyə doğru addımlayır. Gürcüstan baş naziri Giorgi Kvirikaşvili və Azərbaycan prezidenti İlham Əliyev arasında çox səmimi,mehriban münasibətlər var. Bu isə əlaqələrimizin inkişafında böyük rol oynayır.Bir daha hər iki ölkənin müstəqillik gününü təbrik edirəm”. Millət vəkili Enes İbrahim şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində türk-müsəlman dünyasında gedən proseslərə müsbət təsirini göstərdiyini söylədi: “AXC 23 ay ərzində böyük uğurlara imza atıb. O dövrdə aparılan islahatlar heç bəzi Avropa dövlətlərində aparılmırdı. Bu gün müasir Azərbaycan dövləti AXC-nin ənənələrini uğurla qoruyur. Azərbaycanın bölgənin lider dövlətidir. Mən öz və partiyamız adından Azərbaycan xalqını təbrik edirəm”.
Elnur Eltürk




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info