Norveç səfirliyi 39 müəllimin hüqularını pozub
Tarix: 29.05.2018 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Azərbaycanda bir qrup müəllim Norveç Krallığının Azərbaycandakı səfirliyi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət etməyi düşünür. Bu barədə  Finlandiya-Azərbaycan Elm və Təhsil Forumu” Təşkilat Komitəsi tərəfindən məlumat verilib. Məlumatda deyilir ki, “Finlandiya-Azərbaycan Elm və Təhsil Forumu” Təşkilat Komitəsi tərəfindən Azərbaycandan 39 nəfərlik müəllim heyyətinin dünyanın ən qabaqcıl təhsil ölkələrindən biri sayılan Finlandiyaya səfər etmək istəyi sonda Norveç səfirliyinin müdaxiləsi nəticəsində iflasa uğrayıb: “Avropanın və dünyanın təhsildə qabaqcıl ölkələrindən biri olan Finlandiyada elm və təhsil sahəsində təcrübəmizi artırmaq məqsədilə Azərbaycandan bir qrup təhsil işçiləri, məktəb direktorları və müəllim heyəti ilə birlikdə Finlandiyanın paytaxtı Helsinkiyə səfər etməyi planlaşdırırdıq. 24-29 may 2018-ci il tarixində Helsinkidə “Finlandiya-Azərbaycan Elm və Təhsil Forumu” adlı elmi-təcrübə proqramı həyata keçirməyi qərarlaşdırdıq. Bu səfərin əsas məqsədi dünyada elm və təhsildə keyfiyyət deyildiyində ilk ağıla gələn Avropa ölkələrindən birinin təcrübəsini öyrənməkdən, həmçinin Avropa ilə Azərbaycan arasında mədəni və elmi münasibətlərin inteqrasiyasına kömək etməkdən ibarət idi”. 
Qeyd olunur ki, müəllimlər Finlandiyaya getmək üçün viza məqsədiylə Norveç səfirliyinə müraciət edib. Amma səfirlik hansısa qərəzli səbəblərdən müraciət edən müəllimlərə viza verməkdən imtina edib.
Məlumata görə, Norveç Krallığının Azərbaycandakı səfirliyi vizaya imtina üçün sözügedən şəxslərə bir neçə əsas səbəb göstərib. Səfirlik yazılı olaraq iddia edir ki, Finlandiyadan göndərilən dəvət məktublarını araşdırmaq üçün Finlandiya-Azərbaycan Assosasiyası ilə heç bir halda əlaqə (telefon və ya email) saxlamaq mümkün olmayıb, Espo şəhərində yerləşən və səfər zamanı getməyi planlaşdırdığımız Juvanpuisto School adlı orta məktəbdən cavab verilməyib. 
Müəllimlər isə iddia edir ki, bu səbəblərin hər biri əsassız iddialardır. Onların sözlərinə görə, Norveç səfirliyi tərəfindən adiyyatı qurumlara heç bir sorğu göndərilməyib, telefon, fax və ya email göndərilməyib:
“Norveç səfirliyi əsassız səbəblərdən 39 nəfərdən ibarət təhsil işçilərinin Avropa ölkəsinə səfərinə ciddi cəhdlə əngəl törətmişdir. Xüsusilə imtina məktublarında yazılan bir neçə məqamda azərbaycanlıların hər zaman ölkəni tərk etmə istəyinin olduğunu, bizi bu ölkəyə bağlayan heç bir səbəbin olmadığını vurğulamaqla ölkəmizin təhsil işçiləri təhqir olunmuşdur. Hər zaman insan haqlarından danışan Norveç Krallığı imtina məktubunda Azərbaycanda ictimai, siyasi və maliyyə problemlərinin olduğunu və bu səbəbdən azərbaycanlıların öz ölkələrini tərk edib başqa ölkələrdə yerləşdiyini vurğulayıb”. 

Həmçinin, səfirlikdən bildirilib ki, azərbaycanlı təhsil işçilərinin Finlandiya Forumunda iştirakı və rolu vacib deyil. Müəllimlər isə bunu Norveç səfirliyinin Azərbaycanın daxili işinə müdaxilə kimi dəyərləndirir.
Qeyd edək ki, sözügedən müəllimlərin hüquqlarının pozulması ilə bağlı Norveç Krallığının Azərbaycanda yerləşən səfirliyindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info