Hərbçilər üçün yeni ekzoskeletin sınaqları keçiriləcək
Tarix: 29.05.2018 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


ABŞ-da hərbçilərin dözümlüyünü artıran yeni ekzoskeletin sınaqları keçiriləcək.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, “Onyx” adlanan kompakt mexanizm mahiyyət etibarilə ayaqlar üçün güclü ekzoskelet olmaqla istifadəçiyə hərəkətdə gücü artırmağa və daha çox qaçmağa və yük daşımağa imkan verir. Texnologiyanın səhra sınaqları dekabra planlaşdırılır.
Məlumata görə, əvvəlki prototiplər istifadəçinin mexaniki bel çantasından ayaq və çiyninədək uzanan böyük metal borulardan ibarət olmasına görə onlar çatışmazlıqlara malik olub. Bu sistem istifadəçiyə hərəkət etməyə imkan verməkdən daha çox yorurdu. Ekzoskeletin insanın təbii hərəkətlərinə uyğunlaşa bilməməsi səbəbindən istifadəçilər ondan istifadədə əziyyət çəkirdilər.
Bildirilir ki, “Onyx” ekzoskeletində sərt struktur əvəzinə, tərtibatçılar tərəfindən sərt və elastik komponentlər kombinasiyasından istifadə olunub. Mütəxəssislər diqqəti yalnız bədənin buddan ayaqlaradək olan aşağı hissəsinin möhkəmləndirilməsinə yönəldiblər. Hərəkət zamanı ekzoskelet istifadəçinin bədən çəkisini azaldaraq yorğunluq və zədə riskini aşağı salsa da, hərəkət sürətini artırmır. İstifadəçi havada qaça, dizlərini qatlaya və hətta stulda olduğu kimi otura bilər – ekzoskelet onun çəkisini saxlayacaq.
ABŞ-ın “Lockheed Martin” tərtibatçı şirkəti bədənin yuxarı hissəsinin təkmilləşdirilməsi üzərində çalışmağı planlaşdırır. Mühəndislər tərəfindən ekzoskeletin daha yüngül edilməsi üçün onun çəkisinin azaldılması davam etdiriləcək.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info