Keçmiş erməni döyüşçülər yenə mitinq keçirəcəklər
Tarix: 11.06.2013 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Ermənistanda keçmiş döyüşçülər iyunun 16-da hamını Azadlıq meydanına mitinqə səsləyirlər. Bu barədə erməni saytlarından birinə keçmiş döyüşçü Xaçatur Tovmasyan məlumat verib. O bildirib ki, mitinqdə 300-400 nəfərə yaxın keçmiş hərbçi iştirak edəcək: “Tədricən sıralarımız artır. Bizə ölkədə hüquqları tapdalanan döyüşçülər qoşulur”.
Xatırladaq ki, Volodi Avetisyanın baş çılığı ilə xilaskar döyüşçülər mayın 11-də Azadlıq meydanında bir neçə gün oturaq şəkildə etiraz aksiyası keçirmişdilər. Onlar hərbi qulluqçular və keçmiş döyüşçülər üçün nəzərdə tutulmuş sosial təminat və pensiyalara yenidən baxılmasını tələb edirdilər və öz tələblərini yazılı şəkildə hökumətə təqdim etsələr də, hələ ki heç bir konkret cavab almayıblar. İkinci dəfə isə keçmiş döyüşçülər iyunun 4-7-də oturaq şəkildə etiraz aksiyası keçirdilər. Sonuncu gün onlardan bir neçəsini Ermənistanın baş naziri Tiqran Sərkisyan qəbul edib. Volodi Avetisyan bildirib ki, baş nazir onların tələblərini dinləyib və deyib ki, bir ay sonra konkret təkliflərlə görüşüb danışacaqlar.
Bununla əlaqədar olaraq Xaçatur Tovmasyan bildirib ki, baş nazirlə görüş heç bir nəticə verməyib və onlar nəticələrdən narazıdırlar: “İnsanları xoş sözlərlə aldadıb başlarının altına yumşaq yastıq qoymaq onlar üçün adi haldır. Verdiyi sözə əməl etməyən baş nazirə biz inanmırıq. Biz çox inanmışıq, artıq 20 il keçib. Biz gözləyirik və bizim üçün nəsə edənə qədər də gözləyəcəyik. Biz bu gün öz çıxışlarında bizim maraqlarımızı dəstəklədiklərini deyən qüvvələri də görmürük. Hamı neytral mövqeyə çəkilib”

N.ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info