İsveçdə AXC-nin 100 illiyi münasibətilə bayram tədbiri keçirilib
Tarix: 29.05.2018 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


İsveçin paytaxtı Stokholm şəhərində 28 May Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi bayram tədbiri keçirilib. Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin təşəbbüsü və təşkilatçılığıyla düzənlənmiş mərasimdə İsveçdəki xarici diplomatik korpusların əməkdaşları, İsveçin tanınmış ictimai-siyasi xadimləri istrak edib. Tədbir Azərbaycan və İsvec dövlət himninlərinin səslənməsi ilə başlayıb. Tədbirdə çıxış edən səfir Adış Məmmədov Azərbaycan tarixindən ətraflı söz açıb. O, 1918-ci ilin 28 may tarixində xalqımızın özünün müstəqilliyini elan etdiyini və müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini qurduğunu bildirib. “Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddət ərzində demokratik cəmiyyətin formalaşması istiqamətində mühüm addımlar ataraq, etnik və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşların bərabər hüquq və azadlıqlarını təmin edib. Avropanın bir çox dövlətlərində qadınların seçmək və seçilmək hüquqlarının olmadığı bir dövrdə, Azərbaycanda 1918-ci ildə qadınlara bu hüququ verilib. Respublika qısa bir müddətdə özünün beynəlxalq əlaqələrini də qurmağa nail olub”, - deyə diplomat vurğulayıb. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu barədə məlumat verən Adış Məmmədov uzun illər SSRİ-nin tərkibində olmasına baxmayaraq, xalqımızın dövlətçilik hisslərini heç vaxt itirmədiyini və Azərbaycan xalqının 1991-ci ildə Sovet İttifaqının dağılması ilə yenidən müstəqil dövlət qurmağa nail olduğunu bildirib. Sonra qonaqlar Azərbaycanın milli geyimləri ilə milli musiqi sədalarında tanış oldular.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info