“Əfv sərəncamı dövlətin humanizmliyini zaman-zaman nümayiş etdirir”
Tarix: 29.05.2018 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Əhməd Abbasbəyli: “Əfv sərəncamı bir çox insanları gələcəkdə cinayət əməlinə yol verməkdən çəkindirmək üçün əlavə vasitələrdən biri sayılır”
Xəbər verildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalanıb. Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əhməd Abbasbəyli bizimlə söhbətində qeyd etdi ki, müstəqillik əldə edəndən sonra Azərbaycanda 50-dən artıq əfv sərəncamı imzalanıb: “Ümumi olaraq bu əfv sərəncamları 5 mindən artıq insana adi olunub. Sonuncuda isə 634 nəfərə şamil edilib. Əlbəttə ki, dövlət başçısı tərəfindən mütəmadi olaraq belə humanist addımlar atılır. Xüsusilə də bir çox əlamətdar günlərdə bu proses baş verir ki, insanlar həm də öz ailələrinə qovuşurlar”.
Onun sözlərinə görə, əfv sərəncamı dövlətin humanizmliyini zaman-zaman nümayiş etdirir: “Eyni zamanda, bu onu göstərir ki, dövlət öz vətəndaşlarının hamısının qayğısına qalır. Bu, həm də azad edilən şəxslərə gələcəkdə belə cinayətlərə yol verməmələri üçün stimul da yaradır”.
Azadlığın hər bir insan üçün ən əziz hüquq olduğunu deyən Əhməd Abbasbəyli qeyd etdi ki, istər-istəməz bu hüquq dövlət tərəfindən bəzi hallarda, məsələn, vətəndaş cinayət törətdikdə məhdudlaşdırılır: “Həmçinin dövlət bu hüququn bərpa olunması üçün, vətəndaşların normal həyatına qayıdşı üçün mütəmadi olaraq tədbirlər. Əfv, amnistiya və s. bu qəbildən olan tədbirlərdəndirr. Ona görə də insan hər şeydən əvvəl çalışmalıdır ki, qanunazidd hərəkətlərə yol verməsin. Əfv sərəncamı bir çox insanları gələcəkdə cinayət əməlinə yol verməkdən çəkindirmək üçün əlavə vasitələrdən biri sayılır. Eyni zamanda, ailə üzvüləri qarşısında bir məsuliyyət yaradır. Yəni onlar çalışmalıdırlar ki, hər vasitə ilə yaxınları bir də həbsxanlara düşməsinlər”.
İctimai Komitə üzvünün fikrincə, əfv sərəncamının imzalnması dövlətin öz vətəndaşlarına münasibətdə fərq qoymadığını göstərir: “Dövlət hər zaman vətəndaşına bağışlanmaq, əfv olunmaq, eləcə də ictmai faydalı işə qoşulmaq imkanı yaradır. Əminəm ki, azadlığa buraxılan hər bir şəxs bu humanist aktdan düzgün nəticə çıxaracaq, yenidən cinayət törətməyəcək, ən başlıcası isə Azərbaycan Prezidenti tərəfindən ona göstərilən etimadı doğruldacaq, ölkəmizin inkişafı, özünün və ailəsinin qayğısız yaşaması naminə var qüvvə ilə çalışacaq”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info